Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6388/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış 13.06.2019-cu il, 13.06.2019-cu il, 07.09.2019-cu il və 29.10.2019-cu il, 22.02.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********36405 Samsung Galaxy A10 markalı telefon, 2 ədəd aksessuar, Panasonic saçqırxan, Samsung LED televizor, 2 ədəd Samsung soyuducu almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 440 manat (20 ay x 22 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********36405 Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksessuar üçün ümumilikdə, 55 manat olmaqla ondan, 42 manat ödənilməmiş hissə, 13 manat dəbbə; 13.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 156 manat (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) Panasonic saçqırxan üçün ümumilikdə, 13 manat olmaqla ondan, 10 manat ödənilməmiş hissə, 3 manat dəbbə; 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1314 manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1138 manat olmaqla ondan, 876 manat ödənilməmiş hissə, 262 manat dəbbə; 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1404 manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) Samsung soyuducu üçün ümumilikdə, 1419 manat olmaqla ondan, 1092 manat ödənilməmiş hissə, 327 manat dəbbə; 22.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1470,60 manat (18 ay x 81 manat 70 qəpik + 0 manat ilkin ödəniş) Samsung soyuducu üçün ümumilikdə, 1494 manat olmaqla ondan, 1202,60 manat ödənilməmiş hissə, 291,40 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1562 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, borcun mövcudluğunu inkar etmir və hissə-hissə borc məbləğini iddiaçıya ödəyəcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.06.2019-cu il (iki müqavilə), 07.09.2019-cu il, 29.10.2019-cu il və 22.02.2020-ci il tarixli müqavilələrdən maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilələr "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 3222,60 manat əsas borc və 896,40 manat cərimə borcu olmaqla, cəmi 4119 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 896,40 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə beş müqavilə üzrə cəmi 57,40 (4+1+14+18+20,40) manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan beş müqavilə üzrə 3222,60 manat əsas borc və 57,40 manat cərimə borclu olmaqla, cəmi 3280 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 79,63% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 23,89 manat hissəsi Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan beş müqavilə üzrə 3222,60 manat əsas borc və 57,40 manat cərimə borclu olmaqla, cəmi 3280 (üç min iki yüz səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,11 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6388/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6388/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver