Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6390/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung led televizor, Sonorous Surefix asqı üçün 1340 manat ödənilməmiş hissə, 405 manat dəbbə, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********421953 X3 8T markalı telefon üçün 526 manat ödənilməmiş hissə, 158 manat dəbbə pulu olmaqla, ümumilikdə 2429 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14 dekabr 2019cu il və 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung Led televizor, Sonorous Surefix asqı, İMEİ kodu **********21953 X3 8T markalı telefon almış və nəticədə 2429 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1620 manat (18 ay x 90 manat + 0 manat ilkin ödəniş) Samsung Led televizor, Sonorous Surefix asqı üçün ümumilikdə, 1745 manat olmaqla ondan 1340 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, 05 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat + 0 ilkin ödəniş), İMEİ kodu **********421953 X3 8T markalı telefon üçün ümumilikdə 684 manat olmaqla ondan 526 manat ödənilməmiş hissə, 158 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 330 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, “ABC Telecom ” müştərinin ödədiyi məbləğin 50 % -nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1620 manat olan Samsung Led markalı televizor və Sonorous Surefix asılqan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 90 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 12 yanvar 2020-ci il, sonuncu ödəniş tarixi 12 iyun 2021-ci il müəyyən edilmişdir. 14 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01126181 saylı müqaviləyə əsasən Samsung Led markalı televizoru və Sonorous Surefix asılqanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 02 iyul 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.12.2019cu il tarixli kredit müqaviləsi üzrə 1340 manat əsas, 405 manat cərimə borcu olmaqla, 1745 manat məbləğində borc hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 576 manat, İMEİ kodu **********421953 X3 8T markalı telefon 2 il qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 48 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 12 mart 2020-ci il, sonuncu ödəniş tarixi 12 fevral 2021-ci il müəyyən edilmişdir. 05 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20080646 saylı müqaviləyə əsasən İMEİ kodu **********421953 X3 8T markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 02 iyul 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05.02.2020ci il tarixli kredit müqaviləsi üzrə 526 manat əsas, 158 manat cərimə borcu olmaqla, 684 manat məbləğində borc hesablanmışdır. 05 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 05 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 2 müxtəlif tarixlərdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, aralarında bağlanan 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqaviləyə əsasən MMC tərəfindən qiyməti 1620 manat olan Samsung Led markalı televizor və Sonorous Surefix asılqan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 90 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqaviləyə əsasən İMEİ kodu **********421953 X3 8T markalı telefon 1 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 48 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh hər iki müqavilə üzrə şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh qeyd edilən müqavilələr üzrə ümumilikdə 330 manat ödəniş etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən alğı-satqı müqavilələri üzrə ödənişləri etməməsi səbəbindən yaranmış əsas və cərimə borclarını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilə üzrə 1340 manat, 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilə üzrə 526 manat məbləğində məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Alğı-satqı müqavilələri üzrə tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı və 05 fevral 2020-ci il tarixli, №20080646 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilə üzrə hesablanmış 405 manat məbləğində dəbbə pulunun, 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilə üzrə hesablanmış 158 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hər iki müqavilə üzrə cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilələr üzrə hesablanmış cərimə məbləğləri endirilməli və 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilə üzrə 100 manat məbləğində, 5 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilə üzrə 1340 manat əsas, 100 manat cərimə borcu, 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilə üzrə 526 manat əsas, 50 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1866 manat əsas borc, 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2016 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 14 dekabr 2019-cu il tarixli, №01126181 saylı müqavilə üzrə 1340 (bir min üç yüz qırx) manat əsas, 100 (bir yüz) manat cərimə borcu, 05 fevral 2020-ci il tarixli, №20080646 saylı müqavilə üzrə 526 (beş yüz iyirmi altı) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 2016 (iki min on altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6390/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6390/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver