Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6394/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün illik 1% ödəmək və 60 ay müddətinə qaytarmaq şərti ilə 3298,25 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 30.07.2021-ci il tarixinə banka əsas borc üzrə 2795,56 manat, faiz borcu üzrə 5,61 manat olmaqla cəmi 2801,17 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2795,56 manat, faiz borcu üzrə 5,61 manat olmaqla cəmi 2801,17 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Unibank KB ASC ilə 06.08.2019-cu il tarixli 1666rstBANK/19 saylı kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona illik 1% ödəmək və 60 ay müddətinə qaytarmaq şərti ilə 3298,25 manat məbləğində kredit verilmişdir. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. Hazırda, iddiaçının məhkəməyə müraciət etdikdən sonra ödədiyi 71 manatın ümumi borcdan çıxılması şərti ilə həmin müqavilə üzrə qalan borcunu hissə-hissə banka qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.08.2019cu il tarixli 1666rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 03.04.2013-cü il tarixli 1996tkADJ/13 saylı, 18.10.2013-cü il tarixli 4495sADJ/13 saylı, 18.10.2013-cü il tarixli 17697nkADJ/13 saylı kredit müqavilələri üzrə restruktuzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə, 12 ay güzəşt müddəti müəyyən edilməklə, 16.08.2024-cü il tarixinədək qaytarmaq, illik 1% ödəmək şərti ilə 3298,25 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Unibank KB ASC-nin 06.08.2019-cu il tarixli 1666rstBANK/19 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 16.09.2019-cu il tarixdən 16.08.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 3298,25 manat, faiz borcuna görə 101,19 manat olmaqla cəmi 3399,44 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Unibank KB ASC-nin 30.07.2021-ci il tarixli UB-BANK/PİKMD/973028 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 1666rstBANK/19 saylı kredit müqaviləsi üzrə 30.07.2021-ci il tarixinə əsas borca görə 2795,56 manat, faiz borcuna görə 5,61 manat olmaqla cəmi 2801,17 manat borcu vardır. Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 16.06.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən 11.08.2021-ci il tarixdə 71 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Unibank KB ASC ilə bağladığı 06.08.2019-cu il tarixli 1666rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcu üzrə 71 manat ödədiyindən iddia tələbi qismən təmin edilərək cavabdehdən əsas borca görə 2730,17 (2795,56+5,61- 71=2730,17) manat tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 06.08.2019-cu il tarixli 1666rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 2730,17 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2760,17 manat Unibank KB ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6394/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6394/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver