Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6429/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-3413/2021 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahımızdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü - X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-3413/2021 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə birgə nikahımızdan doğulmuş övladlarımızın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləği kəsilmişdir. Daha sonra həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq ayda bir uşaq üçün 160 manat olmaqla cəmi 320 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda övladlarının 13 və 12 yaşları var. Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə mən çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir.Bu səbəbdən "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaqlar sadəcə yay aylarında istirahətlərini səmərəli dəyərləndirsinlər deyə onları fudbola yazdırmış və iki uşaq üçün 80 manat ödəniş etmişdir. Uşaqların hər birinin telefonu var. Axırıncı dəfə ata kimi hansı birinə yığıb-yazıb heç özüdə xatırlamır. Ödənilən 320 manat alimentlə atalıq olmur. Uşaqların atalarının qayğısına ehtiyacları var. Sonuncu dəfə sentyabr ayında uşaqlarını görüb, bəlkə birdə yeni il ərəfəsi dekabr ayında görüşər. Uşaqlarını bu qədər fasilələrlə görən biri hansı ara uşağına paltar ala bilər. Heç uşaqlarının ad günündə də, onlara maddi dəstək olmayıb.
4. Əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh uşaqların heç bir xərcində iştirak etmir. Maddi imkanı aşağı olduğundan uşaqları hazırlıqlara qoya bilmir. Uşaqlar 7-8-ci siniflərdə oxuyurlar və səhər saat 8:00-dan günorta saat 15:00-dək məktəbdə olurlar. Uşaqlara məktəbdə ac qalmamaları üçün hər gün 3 manat pul verir. Təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin gəlirləri çoxdur. Cavabdehin atası və anası yüksək miqdarda pensiya alırlar. Bundan başqa cavabdeh uşaqları 3 aydan bir öz evlərinə aparır. O cavabdehə uşaqlarla görüşə mane olmur.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşaqları hər götürəndə ona deyirlər ki, iki nəfərə Şamaxinkada 160 manat ödəməklə məşqə gedirlər. Uşaqlar üçün ödədiyi aliment kifayət etməsəydi iddiaçı uşaqları əlavə idman məşğələsinə göndərməzdi. Aliment məbləğinin ümumi 50 manat artırılmasına etiraz etmir..
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşaqlar həftələrlə onun yanında qalırlar. Lakin son zamanlar iddiaçı uşaqları ilə görüşə mane olur. Valideynlərinin ad gününə belə uşaqları buraxmır. O, alimentdən başqa uşaqların əlavə xərclərində iştirak edir. Onun uşaqları məşqə gedir və 160 manat məşqə görə ödəniş edir. Onun anası və atası da, uşaqlara maddi cəhətdən kömək edirlər. Bundan başqa əvvəllər əlavə işdə işləsə də, keçən il gözümdən əməliyyat olunmuş və sol gözü 50 faiz görür. Bu səbəbdən əlavə işdə işləyə bilmir. Onun özünə maddi cəhətdən atası köməklik edir. Özü ikinci dəfə nikaha daxil olmuş, ikinci nikahdan 18 aylıq uşağı var. Mühafizəçi işləyir və aylıq əmək haqqı 420 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3997/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-3413/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməsi, 02 may 2010-cu il təvəllüdlü X6 və 25 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və s. qət edilmişdir.
8. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 387519 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 420 № ilə qeyd edilmişdir.
9. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 678312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r.
10. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 790433 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. 02 may 2010-cu il təvəllüdlü X6 və 25 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 320 manat aliment ödəyir.
12. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
13. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
24. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin başqa nikahdan da yetkinlik yaşına çatmayan uşağının olması aliment ödədiyi övladına qarşı valideynlik vəzifəsini yerinə yetirmək vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağın minimum tələbatını ödəməlidir.
25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qətnamənin icra qaydası iddiaçının göstərdiyi formada deyil, yəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı və qətnamənin icrası qaydası bu formada müəyyən edilməlidir.
26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 02 may 2010-cu il təvəllüdlü X6 və 25 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 02 may 2010-cu il təvəllüdlü X4 və 25 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev