Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6452/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1 ünvanda qeydiyyatda olan Şamaxı şəhəri Qədirli küçəsi ev 68 saylı ünvanda yaşayan Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 518,40 manat itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Şamaxı şəhəri Qədirli küçəsi ev 68 saylı ünvanda yaşayan ‘Azəriqaz” İstehsalat Birliyinin struktur vahidi olan X8 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonenti X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-678/2022 saylı qərardadına əsasən “Elektron məhkəmə” informasiya sistemindən məlum olunmuşdur ki, Cavabdeh Bakı şəhəri ünvan 4 ünvanda qeydiyyatda olduğu üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Belə ki xx.xx.2021-ci il tarixində ’’Azəriqaz” X7 RQİİ-nin ünvan 5 ünvanda yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, lakin həmin akta abonent imza etməkdən imtina etmişdir. Mənzildən açılmış G4 markalı, **********4 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MSK- 29/1710-04057-1 nömrəli akta əsasən sayğacın çıxış plastmas borusu deşilmiş və təbii qaz itkisi yaranmış, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən X2 mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İBnin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 yanvar 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X2 Şamaxı XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 4320 m3 - 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ Sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X4 ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, cavabdeh onunla bağlanmış müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00010 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar İddiaçı əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki,o,iddianı qəbul etmir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac onun nəzarətindən kənarda küçədə yerləşir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddiaçı İB məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclası iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraza uyğun izahat verərək iddianın edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, Şamaxı şəhəri, Qədirli küçəsində yerləşən evə məxsus qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində istehlakçı Zəlbaliyev Anarın iştirakı təmin edilmişdir; İddiaçı Ağsu Regional Qİİ ilə Cavabdeh arasında 10 yanvar 2022-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, birlik istehlakçını təbii qazla təmin etmək, istehlakçı isə, birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Tələb dəymiş ziyan hesablansın və ödənilsin; İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 26 yanvar 2022-ci il tarixli ******* saylı akta əsasən 4320 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; **********00010 nömrəli abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin yanvar aylna qalıq akt borcu 518,40 manat təşkil edir; Metrologiya Departamentinin sayğacın müayinəsi laboratoriyasının rəyindən görünür ki, **********4 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Hesablama mexanizmi ilişərək işləyir. Sayğac nominal, minimal sərfiyyatda-100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 26 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin akt cavabdeh tərəfindən imzalanmamış, iştirakı təmin edilməmiş, yalnız iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan sənədlərdən də görünür ki, istehlakçı hər ay qaz sərfiyyatına görə ödənişini etmişdir. Sayğacda baş verən hər hansı qüsura görə istehlakçı deyil, qaz paylayıcı məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6452/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6452/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver