Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6510/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (əri) X3 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə 09 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC X2, X4 və X5 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8620 manat əsas borc, 4467 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 13117 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə X2, X4 və X5 valideyni Cavabdeh arasında bağlanmış “Təhsilin təşkili haqqında” 209/2019 (T2019-2020) satlı, 10.10.2019-cu il tarixli, 210/2019 (T2019-2020) saylı, 10.10.2019-cu il tarixli və 787/2019 (T2019-2020) saylı, 10.10.2019cu il tarixli müqavilələrə əsasən, iddiaçı uşaqları təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, cavabdeh 2019 – 2020-ci, 2020 – 2021-ci təhsil illəri üçün ümumilikdə 20520 manat məbləğində təhsil haqqını iddiaçıya ödəməlidir. Cavabdehin uşaqlarına təhsil verilsə də, cavabdeh təhsil haqqından 11900 manat ödəmiş, 8620 manat borcu qalmışdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında bildirişlər göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 3.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilələrin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 faiz məbləğində dəbbə pulu ödəyir. Cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən uşaqlarına təhsil verilmədiyini vurğulasa da, onlayn qaydada tədris Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə həyata keçirilmiş, uşaqlara iştirak etdikləri dərslərə görə qiymətlər yazılmışdır. Həmin sistemə liseyin müdaxiləsi mümkün deyildir. Digər tərəfdən, karantin dövründə iddiaçı tərəfindən valideynlərə 30 faiz güzəşt də tətbiq olunmuşdur. Cavabdehdən hazırda tələb olunan məbləğ güzəştli məbləğdir. 01 sentyabr 2021-ci il tarixə cavabdehin iddiaçıya hər 3 müqavilə üzrə 2019-2020-ci tədris ili üçün 2860 manat, 2020-2021-ci il üçün 5760 manat təhsil haqqı borcu, 1551 manat dəbbə pulu qismində borcu vardır. Sonda A.E.Quliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 2019-cu ilin mart ayından pandemiya səbəbindən təhsil bir müddət dayandırılmış, sonradan onlayn qaydada davam etdirilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçının öhdəlikləri kimi həm də təhsil alanları geyim forması və gündəlik qidalanma ilə təmin etmək nəzərdə tutulmuşdur. Lakin, bu öhdəliklər iddiaçı tərəfindən icra edilmədiyi halda iddiaçı təhsil haqqının tam ödənilməsini tələb edir. Müqavilə şərtləri ilkin olaraq iddiaçı tərəfindən pozulmuşdur. Bundan əlavə, 2020-ci ilin sentyabr ayından ölkədə müharibə şəraiti ilə bağlı internet şəbəkələrinin bir çoxunun fəaliyyətində məhdudiyyətlər müəyyən edilmişdir. Yəni, təhsilin onlayn aparılması da tam olaraq icra olunmamışdır. O, təhsil haqqında müəyyən güzəştlər edilməsi ilə bağlı iddiaçı MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ondan borcunu tam ödəməsi tələb olunmuşdur. Bundan əlavə, pandemiya dövründə əhalinin banklara olan borcları ilə bağlı dəbbə pulunun hesablanması dayandırılmışdır. Belə olan halda iddiaçı bütün bunları nəzərə almadan pandemiya dövründə gecikdirilmiş borca görə cavabdehdən dəbbə pulu tələb edir ki, bu, tamamilə əsassızdır. Sonda S.F.Əliyev məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: - İddiaçı MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 10 oktyabr 2019-cu il tarixli, 209/2019 (T2018-2019) nömrəli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qevvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 may 2019-cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 may 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 3300 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı MMC ilə təhsil alacaq X2 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 08 fevral 2021-ci il tarixli, 209/2020 (T2018-2019) nömrəli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı MMC ilə təhsil alacaq X4 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 10 oktyabr 2019-cu il tarixli, 210/2019 (T2018-2019) nömrəli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qevvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2 uşaq təhsil aldığı üçün və 20 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3040 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 iyun 2019cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2540 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı MMC ilə təhsil alacaq X4 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 08 fevral 2021-ci il tarixli, 210/2020 (T2017-2018) nömrəli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı MMC ilə təhsil alacaq X5 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 10 oktyabr 2019-cu il tarixli, 787/2019 (T2018-2019) nömrəli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respubliksaının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qevvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin valideynin hüquq və vəzifələri göstərilən 2.2-ci bəndinin 6-cı hissəsində bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqının müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin öhdəliklərindən biri kimi qeyd edilmişdir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3-cü uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15 iyun 2019-cu il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyun 2019-cu il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2019-2020-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı MMC ilə təhsil alacaq X5 valideyni Cavabdeh arasında bağlanmış “təhsilin təşkili haqqında” 08 fevral 2021-ci il tarixli, 787/2020 (T2018-2019) nömrəli müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilmişdir ki, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 3 uşaq təhsil aldığı üçün və 10 faiz güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Valideyn 15 iyun 2020-ci il tarixədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15 iyul 2020-ci il tarixədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 2 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçınin təqdim etdiyi hesaba köçürülür. - İddiaçı tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021-ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X2 liseydə təhsil aldığı 2019-2020-ci tədris ili üçün endirimli qiymət olan 3800 manat təhsil haqqının 3000 manat hissəsi ödənilməmiş qalmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021-ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X4 liseydə təhsil aldığı 2019-2020-ci tədris ili üçün endirimli qiymət olan 3040 manat təhsil haqqının 2240 manat hissəsi ödənilməmiş qalmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlandırılmış 04 fevral 2021-ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, X5 liseydə təhsil aldığı 2019-2020-ci tədris ili üçün endirimli qiymət olan 3420 manat təhsil haqqının 2620 manat hissəsi ödənilməmiş qalmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 01 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya hər 3 müqavilə üzrə 2019-2020-ci tədris ili üçün 2860 manat, 2020-2021-ci il üçün 5760 manat təhsil haqqı borcu, 1551 manat dəbbə pulu qismində borcu vardır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında pandemiya ilə bağlı dərslərin onlayn qaydada keçirilməsi, buna görə müqavilədə nəzərdə tutulan “şagirdlərin yeməklə, geyim forması ilə təmin edilmə” hissəsinin iddiaçı tərəfindən pozulmasını, belə olaq təqdirdə ondan təhsil haqqının tam olaraq tələb edilməsinin əsassız olmasını bildirsə də, məhkəmə qeyd edir ki, “Covid-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə təhsil müəssisələrinin fəaliyyəti 2020-ci ilin mart ayından dayandırılmış, sonradan isə təhsil distant (məsafəli) formada aparılmışdır. Həmin vaxtdan indiyədək cavabdeh iddiaçı ilə bağladığı müqavilələri iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olmunmaması ilə bağlı mübahisələndirməmiş, ümumiyyətlə təhsil haqqında güzəşt olunmasına dair iddiaçıya müraciət etməsi ilə bağlı hər-hansı sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələdə təhsil haqqının miqdarı və ödəniş qaydası aydın şəkildə göstərilmiş, iddiaçı tərəfdən təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdeh təhsil haqqının ödənilməsi ilə bağlı öhdəliyini lazımınca icra etməmişdir, buna görə də, borcun tutulması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə təhsil haqqının ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə ümumilikdə 8620 manat məbləğində əsas borca tənasübsüz olaraq 1551 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1551 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh ümumilikdə 8620 manat əsas borc, 80 manat dəbbə pulu olmaqla 8700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 8620 manat əsas borc, 80 manat dəbbə pulu olmaqla ümumilikdə 8700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6510/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6510/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver