Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6549/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Aınur Khalilovanın, Cavabdeh iştirakları ilə, İddiaçı Aınur Khalilovanın Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin artırılmasına, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat alimentin tutulmasına, mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan üç uşaqları anadan olmuşdur. X11 xx.xx.2005-ci il tarixdə, X10 xx.xx.2007-ci il tarixdə, X9 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan xx.xx.2009-cu il tarixli nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 onun yanında qalmasına və hər ay hər uşağa sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların maddi tələbatlarının ödənilməsi üçün yetərli deyildir. Uşaqların hər ikisi məktəblidir, onların təhsili, məşğələlərə getməsi və sağlamlıqları qayğısına qalması üçün xeyli vəsait sərf edilir. Hal-hazırda kirayədə yaşayırlar, uşaqların maddi tələbatlarının tam şəkildə ödənilməsi mümkünsüzdür. Alimentin məbləğinin artırılması uşaqların normal təhsil alması, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Uşaqlar üçün minimum yaşayış həddi də qaldırılmışdır. Valideynlərin öz uşaqlarınl saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifələrindın fərqli olaraq nə uşaqların buna ehtiyacının, nə də valideynlərin imkanının olub-olmamasından asılı deyildir. Ona görə də alimentin miqdarı dəyişdirilməli və sabit məbləğdə xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 300 (üç yüz) manat və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 250(iki yüz əlli) manat aliment cavabdehdən tutulmalıdır. Cavabdehin qazancı və gəliri yüksəkdir və tələb edilən alimenti ödəmək iqtidarındadır. O, mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davanm etdirilə bilməməsi barədə arayış verilmişdir, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində ödəniş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Xəlilova Aynurun ona qarşı alimentin artırılması tələbinə dair iddianı qismən qəbul etdiyini, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək tutulan alimentin artırılaraq hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi məbləğdə miqdarda alimenti ödəməyə maddi imkanının olmadığını və ona görə də, məhkəmə qətnaməsi ilə ondan uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq, alimentin məbləğinin hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 081441 nömrəli və AZ-İİ seriyalı, 567558 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2007ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası Xəlilova Aynurdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Aınur Khalilova ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Səadət Sarayı Bakı Nikah Evində bağlanmış, 173 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X7 anaları Aınur Khalilovanın yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X3 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X4 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin və xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 üçün hər ay sabit pul məbləğində 170 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Aınur Khalilova və Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:00-14:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş,lakin mediasiya prosesinin davam etdirməyə razılıq verməmişlər və 50 manat məbləğində mediasiya xərci Aınur Khalilova tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddiaçının cavabdehin hər ay ümumilikdə 550 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmasına dair sübutları məhkəməyə təqdim edə bilməməsi və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya ödənilməli, 32 manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə əsasında Cavabdeh iddiaçı Aınur Khalilovanın xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 170 manat miqdarda alimentin məbləği artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarda aliment tutularaq iddiaçı Aınur Khalilovaya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-977/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında Cavabdeh iddiaçı Aınur Khalilovanın xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı Aınur Khalilovaya ödənilsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6549/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6549/2023
17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver