Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-655/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperatininə qarşı mənzilə payçı kimi mülkiyyət hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair mülki işə 21 iyun 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperatininə qarşı mənzilə payçı kimi mülkiyyət hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 09 iyun 2021-ci il və 21 iyun 2021-ci il tarixlərində məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında heç bir məlumat gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperatininə qarşı mənzilə payçı kimi mülkiyyət hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-655/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-655/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver