Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6608/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ECK5679962 saylı müqavilə üzrə 76 (yetmiş altı) manat əsas borc, 19 (on doqquz) manat dəbbə pulu, ECK5638525 saylı müqavilə üzrə 884 (səkkiz yüz səksən dörd) manat əsas borc, 265 (iki yüz altmış beş) manat dəbbə pulu, ECK5638008 saylı müqavilə üzrə 1566 (min beş yüz altmış altı) manat əsas borc, 469 (dörd yüz altmış doqquz) manat dəbbə pulu, ECK5638147 saylı müqavilə üzrə 1078 (min yetmiş səkkiz) manat əsas borc, 323 (üç yüz iyirmi üç) manat dəbbə pulu, ECK5733407 saylı müqavilə üzrə 1890 (min səkkiz yüz doxsan) manat əsas borc, 567 (beş yüz altmış yeddi) manat dəbbə pulu, ECK5775418 saylı müqavilə üzrə 1280 (min iki yüz səksən) manat əsas borc, 364(üç yüz altmış dörd) manat dəbbə pulu, ECK5793382 saylı müqavilə üzrə 1016 (min on altı) manat əsas borc, 304 (üç yüz dörd) manat dəbbə pulu, ECK5825697 saylı müqavilə üzrə 2790 (iki min yeddi yüz doxsan) manat əsas borc, 837 (səkkiz yüz otuz yeddi) manat dəbbə pulu, ECK5825205 saylı müqavilə üzrə 2832 (iki min səkkiz yüz otuz iki) manat əsas borc, 850 (səkkiz yüz əlli) manat dəbbə pulu və 196 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17605(on yeddi min altı yüz beş) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 25 yanvar 2019-cu il, 25 fevral 2019-cu il, 25 mart 2019-cu il, 01 aprel 2019-cu il, 25 may 2019-cu il, 25 iyul 2019-cu il, 03 oktyabr 2019-cu il, 23 noyabr 2019-cu il və 23 dekabr 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 25 yanvar 2019-cu il tarixli ECK5679962 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1058(bir min əlli səkkiz) manat olan 1 ədəd “Huawei P Smart” markalı telefon və 1 ədəd “Huawei P20 Lite'’ markalı telefon almış, ilkin ödəniş olaraq 2(iki) manat ödəniş etmiş, nəticədə 1056 (min əlli altı) manat borc yaranmış, 25 fevral 2019-cu il tarixli ECK5638525 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1476(bir min dörd yüz yetmiş altı) manat olan 1 ədəd “Riffel” markalı televizor almış, ilkin ödəniş olaraq 60(altmış) manat ödəniş etmiş, nəticədə 1416(bir min dörd yüz on altı) manat borc yaranmış, 25 mart 2019-cu il tarixli ECK5638008 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2352(iki min üç yüz əlli iki) manat olan 1 ədəd “Samsung” markalı televizor almış, nəticədə 2352(iki min üç yüz əlli iki) manat borc yaranmış, 01 aprel 2019-cu il tarixli ECK5638147 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2104(iki min yüz dörd) manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 160(yüz altmış) manat ödəniş etmiş, nəticədə 1944 ( min doqquz yüz qırx dörd) manat borc yaranmış, 25 may 2019-cu il tarixli ECK5733407 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2520(iki min beş yüz iyirmi) manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 200(iki yüz) manat ödəniş etmiş, nəticədə 2320(iki min üç yüz iyirmi) manat borc yaranmış, 25 iyul 2019-cu il tarixli ECK5775418 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1920(min doqquz yüz iyirmi) manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon almış, nəticədə 1920(min doqquz yüz iyirmi)manat borc yaranmış, 03 oktyabr 2019-cu il tarixli ECK5793382 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1200(min iki yüz) manat olan 1 ədəd “Samsung Galaxy A70” markalı telefon almış, nəticədə 1200(min iki yüz) manat borc yaranmış, 23 noyabr 2019-cu il tarixli ECK5825697 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2790(iki min yeddi yüz doxsan) manat olan 1 ədəd “Demirdokum” markalı kombi almış, nəticədə 2790(iki min yeddi yüz doxsan) manat borc yaranmış və 23 dekabr 2019-cu il tarixli ECK5825205 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2832(iki min səkkiz yüz otuz iki) manat olan 1 ədəd “Samsung” markalı televizor almış, nəticədə 2832(iki min səkkiz yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 25 yanvar 2019-cu il tarixli ECK5679962 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100(bir yüz) manat ödəniş edilmiş, 25 fevral 2019-cu il tarixli ECK5638525 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 60(altmış) manat ödəniş edilmiş, 25 mart 2019-cu il tarixli ECK5638008 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100(bir yüz) manat ödəniş edilmiş, 01 aprel 2019-cu il tarixli ECK5638147 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 108(bir yüz səkkiz) manat ödəniş edilmiş, 25 may 2019-cu il tarixli ECK5733407 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 105(bir yüz beş) manat ödəniş edilmiş, 25 iyul 2019-cu il tarixli ECK.5775418 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 160(bir yüz altmış) manat ödəniş edilmiş, 03 oktyabr 2019-cu il tarixli ECK5793382 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019 cu il tarixdə 102(bir yüz iki) manat ödəniş edilmiş, 23 noyabr 2019-cu il tarixli ECK5825697 saylı müqavilə üzrə bu günə qədər heç bir ödəniş olunmamışdır və 23 dekabr 2019-cu il tarixli ECK5825205 saylı müqavilə üzrə bu günə qədər heç bir ödəniş olunmamışdır. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ECK5679962 saylı müqavilə üzrə ümumi 1058(bir min əlli səkkiz) manat olan 1 ədəd Huawei P Smart” markalı telefon və 1 ədəd “Huawei P20 Lite” markalı telefon üçün ümumilikdə 76(yetmiş altı) manat ödənilməmiş hissə, 19(on doqquz) manat dəbbə pulu, alqı-satqı qiyməti ECK5638525 saylı müqavilə üzrə ümumi 1476(bir min dörd yüz yetmiş altı) manat olan 1 ədəd “Riffel” markalı televizor üçün ümumilikdə 884(səkkiz yüz səksən dörd) manat ödənilməmiş hissə, 265(iki yüz altmış beş) manat dəbbə pulu yaranmış, alqı-satqı qiyməti ECK5638008 saylı müqavilə üzrə ümumi 2352(iki min üç yüz əlli iki) manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1566(bir min beş yüz altmış altı) manat ödənilməmiş hissə, 469(dörd yüz altmış doqquz) manat dəbbə pulu, ECK5638147 saylı müqavilə üzrə ümumi 2104(iki min yüz dörd) manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1078(bir min yetmiş səkkiz) manat ödənilməmiş hissə, 323(üç yüz iyirmi üç) manat dəbbə pulu, ECK5733407 saylı müqavilə üzrə ümumi 2520(iki min beş yüz iyirmi) manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1890(bir min səkkiz yüz doxsan) manat ödənilməmiş hissə, 567(beş yüz altımış yeddi) manat dəbbə pulu, ECK5775418 saylı müqavilə üzrə ümumi 1920(bir min doqquz yüz iyirmi) manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon üçün ümumilikdə 1280(bir min iki yüz səksən) manat ödənilməmiş hissə, 364(üç yüz altmış dörd ) manat dəbbə pulu, ECK5793382 saylı müqavilə üzrə ümumi 1200(bir min iki yüz) manat olan 1 ədəd “Samsung Galaxy A 70” markalı telefon üçün ümumilikdə 1016(bir min on altı) manat ödənilməmiş hissə, 304(üç yüz dörd) manat dəbbə pulu, ECK5825697 saylı müqavilə üzrə ümumi 2790(ikı min yeddi yüz doxsan) manat olan 1 ədəd “Demirdokum” markalı kombi üçün ümumilikdə 2790(iki min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 837(səkkiz yüz otuz yeddi) manat dəbbə pulu və alqı-satqı qiyməti ECK5825205 saylı müqavilə üzrə ümumi 2832(iki min səkkiz yüz otuz iki) manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 2832(iki min səkkiz yüz otuz iki) manat ödənilməmiş hissə, 850(səkkiz yüz əlli) manat dəbbə pulu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı" tərəfindən və ya “Alıcı”nm müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, səhhətində olan problemlərlə əlaqədar olaraq, məhkəmə baxış iclaslarında iştirakının mümkün olmayacağını bidirərək, bütün məhkəmə baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 17605 manat pulun onun xeyrinə tutulması barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 25 yanvar 2019-cu il tarixdə bağlanmış ******* №li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 1058 manat təşkil edən “Huawei P Smart” markalı və “Huawei P20 Lite'’ markalı telefonları ilkin ödəniş 2 manat olmaqla, 12 ay müddətinə, hər ay 88 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Huawei P Smart” markalı və “Huawei P20 Lite'’ markalı telefonları təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 25 fevral 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 1476 manat təşkil edən 1 ədəd “Riffel LED” markalı televizoru ilkin ödəniş 60 manat olmaqla, 24 ay müddətinə, hər ay 59 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 25 fevral 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Riffel LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 25 mart 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2352 manat təşkil edən 1 ədəd “Samsung LED” markalı televizoru aksessuarları ilə birlikdə 24 ay müddətinə, hər ay 98 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 25 mart 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung LED” markalı televizoru aksessuarları ilə birlikdə təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2104 manat təşkil edən 1 ədəd “Samsung LED” markalı televizoru aksessuarları ilə birlikdə ilkin ödəniş 160 manat olmaqla, 18 ay müddətinə, hər ay 108 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 01 aprel 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung LED” markalı televizoru aksessuarları ilə birlikdə təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 25 may 2019-cu il tarixdə bağlanmış ******* №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2520 manat təşkil edən 1 ədəd “Samsung LED” markalı televizoru 24 ay müddətinə, hər ay 105 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 25 may 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 03 oktyabr 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 1200 manat təşkil edən 1 ədəd “Samsung Galaxy A70” markalı telefonu 12 ay müddətinə, hər ay 100 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 03 oktyabr 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung Galaxy A70” markalı telefonu təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2790 manat təşkil edən 1 ədəd “Demirdokum” markalı kombini 18 ay müddətinə, hər ay 155 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 23 noyabr 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Demirdokum” markalı kombini təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 23 dekabr 2019-cu il tarixdə bağlanmış ******* №-li hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2832 manat təşkil edən 1 ədəd “Samsung Qled” markalı televizoru 24 ay müddətinə, hər ay 118 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 23 dekabr 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung Qled” markalı televizoru təhvil almışdır. İş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh arasında 25 iyul 2019-cu il tarixdə bağlanmış ******* №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 1920 manat təşkil edən 1 ədəd “Samsung Galaxy A80” markalı telefonu 12 ay müddətinə, hər ay 160 manat ödəmək şərti ilə nisyə satmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində “Satıcının” xeyrinə cərimə ödəyir. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh “Samsung Galaxy A80” markalı telefonu təhvil almışdır. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 76 manat əsas borc, 19 manat dəbbə pulu, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 884 manat əsas borc, 265 manat dəbbə pulu, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1566 manat əsas borc və 469 manat dəbbə pulu, ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1078 manat əsas borc və 323 manat dəbbə pulu, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 1890 manat əsas borc və 567 manat dəbbə pulu, ECK5775418 nömrəli 25 iyul 2019-cu il tarixli müqavilə üzrə 1280 manat əsas borc və 364 manat dəbbə pulu, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas borc və 304 manat dəbbə pulu, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2790 manat əsas borc və 837 manat dəbbə pulu, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2832 manat əsas borc və 850 manat dəbbə pulu, 195 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17605 manat təşkil edir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, ondan ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 76 manat əsas borc, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 884 manat əsas borc, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1566 manat əsas borc ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1078 manat əsas borc, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 1890 manat əsas borc, ECK5775418 nömrəli 25 iyul 2019cu il tarixli müqavilə üzrə 1280 manat əsas borc, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas borc, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2790 manat əsas borc, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2832 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən iddiaçı ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 19 manat dəbbə pulu, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat dəbbə pulu, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 469 manat dəbbə pulu, ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 323 manat dəbbə pulu, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 567 manat dəbbə pulu, ECK5775418 nömrəli 25 iyul 2019-cu il tarixli müqavilə üzrə 364 manat dəbbə pulu, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 304 manat dəbbə pulu, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 837 manat dəbbə pulu, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 850 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimələrin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 19 manat dəbbə pulunun 7 manat, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat dəbbə pulunun 80 manat, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 469 manat dəbbə pulunun 150 manat, ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 323 manat dəbbə pulunun 100 manat, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 567 manat dəbbə pulunun 180 manat, ECK5775418 nömrəli 25 iyul 2019cu il tarixli müqavilə üzrə 364 manat dəbbə pulunun 120 manat, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 304 manat dəbbə pulunun 100 manat, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 837 manat dəbbə pulunun 270 manat, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 850 manat dəbbə pulunun 280 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 76 manat əsas borc və 7 manat dəbbə pulu, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 884 manat əsas borc, 80 manat dəbbə pulu, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1566 manat əsas borc və 150 manat dəbbə pulu, ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1078 manat əsas borc və 100 manat dəbbə pulu, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 1890 manat əsas borc və 180 manat dəbbə pulu, ECK5775418 nömrəli 25 iyul 2019-cu il tarixli müqavilə üzrə 1280 manat əsas borc və 120 manat dəbbə pulu, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas borc və 100 manat dəbbə pulu, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2790 manat əsas borc və 270 manat dəbbə pulu, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2832 manat əsas borc və 280 manat dəbbə pulu olmaqla - cəmi 14.699 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 195 manat dövlət rüsumunun 165 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı və 30 manatı iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ECK5679962 nömrəli, 25 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 76 (yetmiş altı) manat əsas borc, 7 (yeddi) manat dəbbə pulu, ECK5638525 nömrəli, 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 884 (səkkiz yüz səksən dörd) manat əsas borc, 80 (səksən) manat dəbbə pulu, ECK5638008 nömrəli 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1566 (min beş yüz altmış altı) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu, ECK5638147 nömrəli 01 aprel 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1078 (min yetmiş səkkiz) manat əsas borc, 100 (yüz) manat dəbbə pulu, ECK5733407 nömrəli 25 may 2019-cu il tarixli müqavilə üzrə 1890 (min səkkiz yüz doxsan) manat əsas borc, 180 (yüz səksən) manat dəbbə pulu, ECK5775418 nömrəli 25 iyul 2019-cu il tarixli müqavilə üzrə 1280 (min ik yüz səksən) manat əsas borc, 120 (yüz iyirmi) manat dəbbə pulu, ECK5793382 nömrəli 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1016 (min on altı) manat əsas borc, 100 (yüz) manat dəbbə pulu, ECK5825697 nömrəli 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2790 (iki min yeddi yüz doxsan) manat əsas borc, 270 (iki yüz yetmiş) manat dəbbə pulu, ECK5825205 nömrəli 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2832 (iki min səkkiz yüz otuz iki) manat əsas borc, 280 (iki yüz səksən) manat dəbbə pulu və 165 (yüz altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14.864 (on dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6608/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6608/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver