Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6640/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli qızınun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Ayvazova(Abdulova) Zahidə Tahir qızına qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən AUX kondisioner üçün 834.4 manat ödənilməmiş hissə, 83.6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefon üçün ondan, 563.29 manat ödənilməmiş hissə, 56.71 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********32225 Samsung Galaxy A52 markalı telefon üçün ondan 241.1 manat ödənilməmiş hissə, 24.9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********38445 Samsung Galaxy A52 markalı telefon üçün ondan 40.68 manat ödənilməmiş hissə, 4.32 manat cərimə olmaqla, ümumilikdə 1849 manat borc və 38.49 manat ödənilmiş dövlət rüsumu cavabdeh Ayvazova(Abdulova) Zahidə Tahir qızındna alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, AUX kondisioner, İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefon, İMEİ kod **********32225 Samsung Galaxy A52 markalı telefon İMEİ kod **********38445 Samsung Galaxy A52 telefon almış və nəticədə 1849 (min səkkiz yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2329.92 (iki min üç yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat (yəni 18 ay x 129.44 manat + 0 manat ilkin ödəniş) AUX kondisioner üçün ümumilikdə, 918 (doqquz yüz on səkkiz) manat olmaqla ondan 834.4 (səkkiz yüz otuz dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.6 (səksən üç manat, altmış qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1049.95 (bir min qırx doqquz manat, doxsan beş qəpik) manat (18 ay x 43.33 manat x 270.01 manat ilkin ödəniş) İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 620 (altı yüz iyirmi) manat olmaqla ondan, 563.29 (beş yüz altmış üç manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.71 (əlli altı manat, yetmiş bir qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 896.98 (səkkiz yüz doxsan altı manat, doxsan səkkiz qəpik) manat (18ayx46.11manatx67manat ilkin ödəniş) İmei Kod **********32225 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 266 (iki yüz altmış altı) manat olmaqla ondan, 241.1 (iki yüz qırx bir manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.9 (iyirmi dörd manat doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1069.06 (bir min altmış doqquz manat, sıfır altı qəpik) manat (18 ay x 55.67 manat + 67 manat ilkin ödəniş) İmei Kod **********38445 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə 45 (qırx beş manat) manat olmaqla ondan, 40.68 (qırx manat, altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.32 (dörd manat, otuz iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində İMEİ kod **********38445 Samsung Galaxy A52 markalı telefon və X4 2 İL xidmətindən imtina etmiş və 989.04 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 39.34 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 989.04 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2638.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində "Müştəri" mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdehə bildiriş çatdrılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim edilmiş sübutların əsaslılığını və iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə X2 arasında bağlanmış 06 may 2022-ci il tarixli, №03851894 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X2 ilkin ödənişsiz, AUX kondisioner almış və 18 ay müddətinə ayda 129.44 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 06 may 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 №03851894 saylı müqaviləyə əsasən AUX kondisioner tam qüsursuz halda "xxxx" MMCdən təhvil almışdır. "xxxx" MMC ilə X2 arasında bağlanmış 21 sentyabr 2022-ci il tarixli, №03912891 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X2 ilkin ödənişlə, İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 43.33 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 21 sentyabr 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 №03912891 saylı müqaviləyə əsasən İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefoni tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə X2 arasında bağlanmış 23 iyul 2022-ci il tarixli, №02992881 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X2 ilkin ödənişsiz, İMEİ kod **********32225 Samsung Galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 46.11 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 23 iyul 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 №02992881 saylı müqaviləyə əsasən İMEİ kod **********32225 Samsung Galaxy A52 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə X2 arasında bağlanmış 17 iyul 2022-ci il tarixli, №02992800 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X2 ilkin ödənişsiz, İMEİ kod **********38445 Samsung galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 55.67 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 17 iyul 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 №02992800 saylı müqaviləyə əsasən İMEİ kod **********38445 Samsung galaxy A52 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 23 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 834.4 manat, cərimə borcu 83.6 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 563.29 manat, cərimə borcu 56.71 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 241.1 manat, cərimə borcu 24.9 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 40.68 manat, cərimə borcu 4.32 manat olmaqla, ümumilikdə 1849 manat borcu vardır. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 38.49 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 4 fərqli nisyə alğı-satqı müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanan 06 may 2022-ci il tarixli, №03851894 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X2 ilkin ödənişsiz, AUX markalı Kondisioner almış və 18 ay müddətinə ayda 129.44 manat ödəniş etməyi bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 21 sentyabr 2022-ci il tarixli, №03912891 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X2 ilkin ödənişlə, İMEİ kod **********97546 Samsung Galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 43.33 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 23 iyul 2022-ci il tarixli, №02992881 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X2 ilkin ödənişsiz, İMEİ kod **********32225 Samsung Galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 46.11 manat ödəniş etməyi bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC ilə X2 arasında bağlanmış 17 iyul 2022-ci il tarixli, №02992800 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X2 ilkin ödənişsiz, İMEİ kod **********38445 Samsung galaxy A52 markalı telefon almış və 18 ay müddətinə ayda 55.67 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 35,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 834.4 manat, cərimə borcuna görə 83.6 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 563.29 manat, cərimə borcuna görə 56.71 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 241.1 manat, cərimə borcuna görə 24.9 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 40.68 manat, cərimə borcuna görə 4.32 manat olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1849 (bir min səkkiz yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 38.49 (otuz səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Ayvazova(Abdulova) Zahidə Tahir qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 834.4 manat, cərimə borcuna görə 83.6 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 563.29 manat, cərimə borcuna görə 56.71 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 241.1 manat, cərimə borcuna görə 24.9 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 40.68 manat, cərimə borcuna görə 4.32 manat olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1849 (bir min səkkiz yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 38.49 (otuz səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Ayvazova(Abdulova) Zahidə Tahir qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6640/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6640/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver