Məhkəmə qərarları › İş №2(001)-665/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-665/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-665/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” MMM QBKT-nın etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” MMM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MMM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 12859,60 manat, faiz borcu üzrə 1033,32 manat olmaqla, cəmi 13892,92 manat məbləğində borcun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 05.11.2014-cü il tarixli, **********137 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 23% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1460 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 05.11.2014-cü il tarixli, **********1137 saylı kredit müqaviləsi 28.04.2016-cı il tarixli **********4420 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 13350,60 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, 01 sentyabr 2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdehin borcu 12859,60 manat əsas, faiz borcu üzrə 1033,32 manat olmaqla, cəmi 13892,92 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 12859,60 manat, faiz borcu üzrə 1033,32 manat, cərimə borcuna görə 0,00 manat olmaqla, cəmi 13892,92 manat məbləğində borcun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMM QBKT-nın etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, bankdan kredit götürmüş, müəyyən ödənişlər edilmişdir. Hazırda banka 12000 manat borcu qalıb. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 05.11.2014-cü il tarixli, **********1137 saylı Kredit müqaviləsindən görünür ki, “xxxx” X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında cavabdehə illik 23% olmaqla 18 ay müddətə 22000 USD məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə ilə Cavabdeh1 zamin kimi borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh2 tərəfindən götürülmüş 22000 USD kreditin aylıq ödənişləri 1460 USD olmaqla 05.05.2016-cı il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan və Cavabdeh2 ilə “xxxx” X4-Bank Kredit Təşkilatı arasında bağlanmış 14.12.2015 tarixli **********4420 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 28.04.2016-cı il tarixli Sazişdən görünür ki, həmin Sazişə əsasən kredit alanın kredit verənə qalıq əsas borcu 13350,60 manat müəyyən edilmiş, həmin məbləğə 11,40 % dərəcəsi ilə faizlər hesablanmaqla, 34 ay müddətinə qaytarılması müəyyən edilmişdir. Mülki işin materiallarında olan 14.12.2015 tarixli **********4420 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 28.04.2016-cı il tarixli Sazişin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 250 manat və 500 manat olmaqla 28 fevral 2019-cu ilədək qaytarılması razılaşdırılmışdır. İşdə olan 01.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 12859,60 manat əsas, 1033,32 manat faiz, cəmi 13892,92 manat borcu yaranmışdır. İşdə olan Məhkəmə-Ekspertizası Mərkəzinin 25 fevral 2021-ci il tarixli 9/6062 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları 05.11.2014-cü il tarixli **********1137 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 28 fevral 2019-cu il tarixinə “xxxx” X4-Bank Kredit Təşkilatına 12.859,60 manat əsas borcu, 1.033,32 manat faiz borcu, cəmi 13.892,92 manat borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh – zamin Cavabdeh1 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun Cavabdeh1 tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi “xxxx” X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 05.11.2014-cü il tarixli, **********137 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə müddəti 18 ay (05.05.2016) qüvvədə qalır. Həmçinin 05.11.2014-cü il tarixli, **********137 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair 28.04.2016-cı il tarixli Sazişlə kredit müqaviləsinin şərtlərinə dəyişiklik edilərək kredit verənə qalıq əsas borcu 13350,60 manat müəyyən edilməklə, kreditin müddəti 34 ay, illik faiz dərəcəsi 11,40% olması müəyyən edilsə də, həmin dəyişiklik Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 05.05.2016-cı il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə 16 sentyabr 2020-ci il tarixdə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 12859,60 manat əsas, 1033,32 manat faiz, cəmi 13892,92 manat məbləğində borc tutulmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, həmçinin 145 (yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 12859,60 manat əsas, 1033,32 manat faiz, cəmi 13892,92 (on üç min səkkiz yüz doxsan iki manat 92 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” MMM QBKT-na ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar