Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-666/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış 25.11.2019-ci il tarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik etmişlər. kredit razılaşması Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4368,6 manat ödəmiş, onun 10631,4 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.10.2021-ci il tarixə 310 gün üçün hesablanmış faiz borcu 2004,83 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 14.10.2020-ci il tarixə 310 gün üçün hesablanmış cərimə 3426,13 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin a yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 bağladıqları zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də Cavabdeh1 ilə AccessBank QSC arasında bağlanmış 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşmasının və 25.11.2020-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə əsas borca görə 10631,4 manat, faiz borcuna görə 2004,83 manat, cəriməyə görə 3426,13 manat olmaqla cəmi 16062,36 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 138,19 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 27.12.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə 31.10.2019-ci il tarixli 005R**********S saylı uzunmüddətli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə o, AccessBank QSC ilə bağladığı 31.10.2019-cu il tarixli 005R**********S saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Cavabdehlər anası Cavabdeh4, qohumu Cavabdeh2, tanışı Cavabdeh3 bank qarşısında ona zamin durmuşlar. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. O, bankın faiz və cərimə borcu tələblərinin azaldılmasını, əsas borcun 2022-ci ilin yanvar ayından etibarən yeni cədvəl üzrə borcunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 31.10.2019-cu il tarixli 005R**********S saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. O, Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 banka olan borcunu hissə-hissı ödəyəcək. Ona görə də o, iddia ərizəsini qəbul etmir və təmin edilməməsinin xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 200000 manat kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ 120 ay, 31.10.2029-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunur. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. AccessBank QSC-nin 31.10.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 15000 manatı Cavabdeh1 vermişdir. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.10.2019-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh1 06.12.2019-cu il tarixdən 08.11.2021ci il tarixədək olan dövr ərzində əsas borca görə 15000 manat, faiz borcuna görə 4365,23 manat olmaqla cəmi 19365,23 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödəniş planı ilə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. Borcverən AccessBank QSC, zamin Cavabdeh2 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 məbləği 200000 manat, müddəti 120 ay olan 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC, zamin Cavabdeh3 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005S**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borcalan Cavabdeh1 məbləği 200000 manat, müddəti 120 ay olan 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC, zamin Cavabdeh4 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005S**********03 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh4 borcalan Cavabdeh1 məbləği 200000 manat, müddəti 120 ay olan 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 4.1-ci bəndlərindən müəyyən olunur ki, zaminlik müqavilələri imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qəvvədədir. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşmasına 25.11.2020-ci il tarixdə bağlanmış 005R**********S saylı sazişdən müəyyən olunur ki, tərəflər ödənişlərin 25.11.2020-ci il tarixli ödəniş planına uyğun ödənilməsi barədə razılığa gəlmişlər. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005L**********05 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşmasına 25.11.2020-ci il tarixli 005R**********S saylı saziş üzrə ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh1 08.12.2020-ci il tarixdən 06.05.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 11431,4 manat, faiz borcuna görə 2494,83 manat olmaqla cəmi 13926,23 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödəniş planı ilə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. AccessBank QSC-nin 28.10.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 31.10.2019-ci il tarixli 005L**********05 saylı kredit razılaşması üzrə 14.10.2021-ci il tarixə əsas borca görə 10631,4 manat, faiz borcuna görə 2004,83 manat, cərimə borcuna görə 3426,13 manat olmaqla cəmi 16062,36 manat borcu vardır. Gecikmə günlərinin sayı 310 gün təşkil edir. AccessBank QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 10631,4 manat, faiz borcuna görə 2004,83 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit razılaşmasının və sazişin ləğv edilməsinə, kredit müqaviləsi üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 10631,4 manat, faiz borcuna görə 2004,83 manat tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 12.11.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2019-ci il tarixli 005R********** saylı kredit razılaşması və 25.11.2020-ci il tarixli 005R**********S saylı saziş ləğv edilsin. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə əsas borca görə 10631,4 manat, faiz borcuna görə 2004,83 manat, cəriməyə görə 100 manat, dövlət rüsumuna görə 138,19 manat olmaqla cəmi 12874,42 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-666/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-666/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver