Məhkəmə qərarları › İş №2(001)-6664/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6664/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6664/2025 12.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi ilə, iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında ACER ASPİRE 3 kompüterinin Zəmanət+3 il xidmətinin nisyə-alqı satqısı haqqında xx.xx.2024-cü il tarixli, 03666541 saylı Müqavilə və HP PAVİLİON kompüter, WİNDOWS 11, Paket COMBOMAX xidməti, Zəmanət+3 il xidmətinin nisyə-alqı satqısı haqqında isə xx.xx.2024-cü il tarixli, 11988190 saylı Müqavilə rəsmiləşdirilmişdir.

2. xx.xx.2024-cü il tarixli, 03666541 saylı Müqavilənin Əlavəsinə əsasən, əşyanın ümumi dəyərinin 2166,08 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin isə 120,34 manat olduğu müəyyən edilir.

3. xx.xx.2024-cü il tarixli, 11988190 saylı Müqavilənin Əlavəsinə əsasən, əşyanın ümumi dəyərinin 2359,12 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin isə 131,06 manat olduğu müəyyən edilir.

4. Alınan əşyalar cavabdehə Müqavilələr ilə eyni tarixdə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində təhvil verilmişdir.

5. İddiaçının verdiyi xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024-cü il tarixli, 11988190 saylı və xx.xx.2024-cü il tarixli, 03666541 saylı Müqavilələr üzrə cavabdehin əsas borcu 1998,76 manat, cərimə borcu 199,88 manat təşkil edir. Cavabehin cəmi ödədiyi məbləğ 2526,44 manat təşkil edir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində Paket COMBOMAX xidmətindən imtina etmiş və məhsul 139,99 manat dəyərində qiymətləndirilmiş cavabdehin borcundan silinərək geri qaytarılmışdır.

7. İddiaçı xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Zəmanət+3 il xidməti, WİNDOWS 11, HP PAVİLİON kompüter üçün, 1203,73 (bir min iki yüz üç manat, 73 qəpik) manat ödənilməmiş hissə, 120,37 (yüz iyirmi manat, 37 qəpik) manat cərimə; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən isə ACER ASPİRE 3 kompüter, Zəmanət+3 il xidməti üçün, 795,03 (yeddi yüz doxsan beş manat, 3 qəpik) manat ödənilməmiş hissə, 79,50 (yetmiş doqquz manat, 50 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2198,64 manat borc, 41,99 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq öz xeyrinə ödənilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən ACER ASPİRE 3 kompüteri Zəmanət+3 il xidmətini, HP PAVİLİON kompüter, WİNDOWS 11, Paket COMBOMAX xidməti, Zəmanət+3 il xidmətini almış və nəticədə 2198,64 (iki min yüz doxsan səkkiz manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2166,12 (iki min yüz altmış altı manat, 12 qəpik) manat (18 ay x 120.34 manat + 0 manat ilkin ödəniş) olan ACER ASPİRE 3 kompüterinin Zəmanət+3 il xidməti üçün ümumilikdə, 874,53 (səkkiz yüz yetmiş dörd manat, 53 qəpik) manat olmaqla ondan, 795,03 (yeddi yüz doxsan beş manat, 03 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 79,50 (yetmiş doqquz manat, 50 qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2359,08 (iki min üç yüz əlli doqquz manat, 08 qəpik) manat (18 ay x 131.06 manat + 0 manat ilkin ödəniş) olan HP PAVİLİON kompüter, WİNDOWS 11, Paket COMBOMAX xidməti, Zəmanət+3 il xidməti üçün ümumilikdə, 1324,10 (bir min üç yüz iyirmi dörd manat, 10 qəpik) manat olmaqla ondan, 1203,73 (bir min iki yüz üç manat, 73 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 120,37 (yüz iyirmi manat, 37 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində Paket COMBOMAX xidmətindən imtina etmiş və məhsul 139,99 manat dəyərində qiymətləndirilmiş cavabdehin borcundan silinərək geri qaytarılmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Cavabdehin etirazları:

9. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 11988190 saylı və xx.xx.2024cü il tarixli, 03666541 saylı Müqavilələrdən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alqı-satqı Müqavilələri bağlanmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli təhviltəslim aktlarından müəyyən edilir ki, cavabdeh məhsulları tam qüsursuz alması ilə bağlı təhvil-təslim aktını imzalamışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdehin maliyyə arayışı tərtib edilən xx.xx.2025-ci il tarixədək 2526,44 manat ödəniş etməklə Müqavilələr üzrə 1998,76 manat əsas borc 199,88 manat cərimə borcu vardır.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş vaxtı və qaydası ilə əlaqədar olaraq müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və həmin xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilələrnin 4.1-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət ediləcəyi vurğulanmışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar Müqavilələr əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı Müqavilələr şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında Müqavilələr olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması Müqavilələr sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə Müqavilələr bağlaya və bu Müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan Müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər Müqavilələrnin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və Müqavilələrnin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və Müqavilələr ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) Müqavilələr ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - Maddə 567. Alqı-satqı Müqavilələrinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 600.1. Alğı-satqı Müqavilələrində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi Müqavilələrdə nəzərdə tutulan müddətdə, Müqavilələrdə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı Müqavilələrində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Maddə 601.1. Əşyanın nisyə satılması haqqında Müqavilələrdə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında Müqavilələr o halda bağlanmış sayılır ki, alqı-satqı Müqavilələrinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 48,96 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

17. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı Müqavilələri, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilələr üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi Müqavilələr bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi Müqavilələr bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

18. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı Müqavilələri bağlanmış, Müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və Müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği Müqavilələrə edilmiş Əlavələr ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.

19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilələr əsasında cavabdeh iddiaçıdan Müqavilələrdə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən Müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

20. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun Müqavilələrdə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış Müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

22. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30 manat məbləğində olmaqla, cəmi 50 manat məbləğində cərimənin tutulmasını daha ağlabatan hesab edir.

23. Məhkəmə, eləcə də iddianın 41,99 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin Müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə Əlavələri xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2024cü il tarixli, 03666541 saylı müqaviləyə əsasən ACER ASPİRE 3 kompüter, Zəmanət+3 il xidməti üçün 795,03 (yeddi yüz doxsan beş manat, 3 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 11988190 saylı müqaviləyə əsasən, Zəmanət+3 il xidməti, WİNDOWS 11, HP PAVİLİON kompüter üçün, 1203,73 (bir min iki yüz üç manat, 73 qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 2048,76 (iki min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində pul, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,99 (qırx bir manat doxsan doqquz qəpik) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

25. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.2024-cü il tarixli, 03666541 saylı müqaviləyə əsasən ACER ASPİRE 3 kompüter, Zəmanət+3 il xidməti üçün 795,03 (yeddi yüz doxsan beş manat, 3 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 11988190 saylı müqaviləyə əsasən, Zəmanət+3 il xidməti, WİNDOWS 11, HP PAVİLİON kompüter üçün, 1203,73 (bir min iki yüz üç manat, 73 qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 2048,76 (iki min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 41,99 (qırx bir manat doxsan doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 5199,88-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar