Məhkəmə qərarları › İş №2(001)-6680/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6680/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6680/2024 18.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG COMPACT CHARGER, İMEİ KOD **********52503 SAMSUNG GALAXY A34 MARKALİ TELEFON üçün 802,65 manat ödənilməmiş hissə, 80,35 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, VİNİL MAT, SAMSUNG CHARGER TYPE-C, İMEİ KOD **********02699 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON üçün 373,32 manat ödənilməmiş hissə, 37,68 manat cərimə, ümumilikdə 1294 manat borc, 32,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən SAMSUNG COMPACT CHARGER, İMEİ KOD **********52503 SAMSUNG GALAXY A34 MARKALİ TELEFON, VİNİL MAT, SAMSUNG CHARGER TYPE-C, İMEİ KOD **********02699 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON almış və nəticədə 1294 (altı yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1029 manat (12 ay x 85.75 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG COMPACT CHARGER, İMEİ KOD **********52503 SAMSUNG GALAXY A34 MARKALİ TELEFON üçün ümumilikdə, 883 manat olmaqla ondan, 802,65 manat ödənilməmiş hissə, güzəşt olunaraq 80,35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976.46 manat (18 ay x 53.97 manat + 5 manat ilkin ödəniş) olan VİNİL MAT, SAMSUNG CHARGER TYPE-C, İMEİ KOD **********02699 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON üçün ümumilikdə, 411 manat olmaqla ondan, 373,32 manat ödənilməmiş hissə, güzəşt olunaraq 37,68 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi ödədiyi məbləğ 2361.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 1029 manat olan SAMSUNG COMPACT CHARGER, İMEİ KOD **********52503 SAMSUNG GALAXY A34 MARKALİ TELEFON, VİNİL MAT, SAMSUNG CHARGER TYPE-C, İMEİ KOD **********02699 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 85,75 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 976,46 manat olan, VİNİL MAT, SAMSUNG CHARGER TYPE-C, İMEİ KOD **********02699 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON 5 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 53.97 manat ödəmək şərti ilə kreditlə almışdır. - 21 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 802.65 manat əsas, 80,35 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 373.32 manat əsas, 37,68 manat cərimə borcu olmaqla, ümumilikdə 1294 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 90,35 manat dəbbə pulunun məbləği azaldılaraq 56,18 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 37,68 manat dəbbə pulunun azaldılaraq 26,13 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən hesab edirəm ki, "xxxx" MMC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 32,94 manatın 29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 802,65 manat ödənilməmiş hissə, 56,18 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 373,32 manat ödənilməmiş hissə, 26,13 manat cərimə olmaqla, ümumilikdə 1258,28 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 29 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar