Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6681/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07.06.2019 il tarixli 100821-61359/10 nömrəli güzəştli krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1807,62 manat, 07.06.2019 il tarixli, 100821-61359/12 nömrəli güzəştli krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 778,99 manat, 07.06.2019 il tarixli, 100821- 61359/11 nömrəli güzəştli krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2284,97 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 11.08.2021-ci il tarixinə cavabdehin 100821-61359/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 1807,62 manat əsas borcu və 20,03 manat faiz borcu olmaqla cəmi 1827,65 manat, 100821-61359/12 nömrəli güzəştli kredit müqaviləsi üzrə 778,99 manat əsas borcu və 8,83 manat faiz borcu olmaqla 787,82 manat, 100821-61359/11 nömrəli güzəştli krediti müqaviləsi üzrə 2284,97 manat əsas borcu və 25,19 manat faiz borcu olmaqla cəmi 2310,16 manat, hər üç müqavilə üzrə cəmi 4925,63 manat kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də, Cavabdeh 100821-61359/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə əsas borca görə 1807,62 manatın, faiz borcuna görə 20,03 manatın, 100821- 61359/12 nömrəli güzəştli kredit müqaviləsi üzrə əsas borca görə 778,99 manatın, faiz borcuna görə 8,83 manatın, 100821-61359/11 nömrəli güzəştli krediti müqaviləsi üzrə əsas borca görə 2284,97 manatın, faiz borcuna görə 25,19 manatın, dövlət rüsumuna görə 30,4 manatın Expressbank ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Expressbank ASC-nin nümayəndəsi H.M.Əliyeva ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin müdafiə edildiyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Expressbank ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh Fuad oğlu arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821-61359\10 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 60 ay müddətinə qaytarmaq, illik 1 % ödəmək şərti ilə 1807,62 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 07.06.2019-cu il tarixli 100821-61359\10 saylı kredit müqaviləsi üzrə 07.06.2019-cu il tarixdən 07.06.2024-ci il tarixədək əsas borca görə 1807,62 manat, faiz borcuna görə 55,66 manat ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 11.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821- 61359\10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11.08.2021-ci il tarixə əsas borcu 1807,62 manat, faiz borcu 20,03 manat olmaqla cəmi 1827,65 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 392 gün təşkil edir. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh Fuad oğlu arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821-61359\11 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 60 ay müddətinə qaytarmaq, illik 1 % ödəmək şərti ilə 2284,97 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 07.06.2019-cu il tarixli 100821-61359\11 saylı kredit müqaviləsi üzrə 07.06.2019-cu il tarixdən 07.06.2024-ci il tarixədək əsas borca görə 2284,97 manat, faiz borcuna görə 70,21 manat ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 11.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821- 61359\11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11.08.2021-ci il tarixə əsas borcu 2284,97 manat, faiz borcu 25,19 manat olmaqla cəmi 2310,16 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 392 gün təşkil edir. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh Fuad oğlu arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821-61359\12 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 60 ay müddətinə qaytarmaq, illik 1 % ödəmək şərti ilə 778,99 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 07.06.2019-cu il tarixli 100821-61359\12 saylı kredit müqaviləsi üzrə 07.06.2019-cu il tarixdən 07.06.2024-ci il tarixədək əsas borca görə 778,89 manat, faiz borcuna görə 23,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 11.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli 100821- 61359\12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11.08.2021-ci il tarixə əsas borcu 778,99 manat, faiz borcu 8,83 manat olmaqla cəmi 787,82 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 392 gün təşkil edir. Expressbank ASC-nin Cavabdeh ünvanladığı 08.05.2021-ci il tarixli 001/007/2179/2021 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 07.06.2019-cu il tarixli 100821-61359\10 saylı müqaviləyə əsasən, əsas borca görə 1807,62 manat, faiz borcuna görə 20,03 manat, 07.06.2019-cu il tarixli 100821-61359\11 saylı müqaviləyə əsasən, əsas borca görə 2284,97 manat, faiz borcuna görə 25,19 manat, 07.06.2019-cu il tarixli 100821-61359\12 saylı müqaviləyə əsasən, əsas borca görə 778,99 manat, faiz borcuna görə 8,83 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi tam həcimdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 07.06.2019-cu il tarixli 100821-61359\10 saylı müqaviləyə əsasən əsas borca görə 1807,62 manat, faiz borcuna görə 20,03 manat, 07.06.2019-cu il tarixli 100821-61359\11 saylı müqaviləyə əsasən əsas borca görə 2284,97 manat, faiz borcuna görə 25,19 manat, 07.06.2019-cu il tarixli 100821-61359\12 saylı müqaviləyə əsasən əsas borca görə 778,99 manat, faiz borcuna görə 8,83 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 4956,03 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6681/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6681/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver