Məhkəmə qərarları › İş №2(001)-6682/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6682/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6682/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 qızının iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27-24-02-2015-ST MTK İX nömrəli 25.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 27.07.2021-ci il tarixinə əsas borca üzrə 71324,57 manat, faiz borcu üzrə 11982,19 manat olmaqla, cəmi 83306,76 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsini fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, 2(001)-6682/2021 saylı mülki iş məhkəmənin icraatında olan 2(001)-80/2021saylı mülki iş ilə bir icraata birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mülki işlərin bir icraatada birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan və Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-80/2021 saylı qərardadından görünür ki, iddiaçılar "xxxx" MTK-nın və digərlərinin cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22 və digərləri cəlb edilməklə) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair iddia ərizəsi 27 may 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və hal-hazırda icraatdadır. Qeyd olunan qərardaddan müəyyən olunur ki, iddiaçı Cavabdeh3 Mənzil Tikinti Kooperativinin hüquqi varisi "xxxx" MTK və digərləri "xxxx" ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı 24 fevral 2015-ci il tarixli, 7-24-02- 2015 ST MTK İX nömrəli kredit və zaminlik müqavilələri ilə mənzil almış Cavabdeh1 əvəzinə zamin tərəfindən ödənilmiş pul vəsaitindən artıq ödənilmiş faiz borcunun əsas borcdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, yəni kredit müqavilələri üzrə mübahisələrinə dair iki mülki iş vardır. Başqa sözlə, eyni məhkəmənin icraatında eyni tərəflər arasında eyni kredit müqaviləsindən irəli gələn mübahisə üzrə iki mülki iş mövcud olduğundan məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün və daha səmərəli həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)-6682/2021 nömrəli mülki iş iddiaçılar "xxxx" MTK-nın və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTKnın, "xxxx" MTK-nın, "xxxx" MMC-nin cavabdeh "xxxx" ASCyə qarşı ( mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X37, X11, Cavabdeh1, X12, X22, X1, X8, X13, X9, X16, X17, X18, X23, X2, X3, X19, X20, X6, X14 və X24) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki iş üzrə 2(001)- 80/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(001)- 6682/2021 nömrəli mülki iş iddiaçılar "xxxx" MTK-nın və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTKnın, "xxxx" MTK-nın, "xxxx" MMC-nin cavabdeh "xxxx" ASCyə qarşı ( mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X37, X11, Cavabdeh1, X12, X22, X1, X8, X13, X9, X16, X17, X18, X23, X2, X3, X19, X20, X6, X14 və X24) “artıq tutulmuş faiz borcunun əsas borcun hesabına silinməsi” tələbinə dair 2(001)-80/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 80/2021 saylı qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar