Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6688/2022 28.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 28 noyabr 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 20357956 saylı (birinci) müqaviləyə əsasən, cavabdeh dəyəri 1704,6 manat olan “iPhone SE” markalı mobil telefonu 18 ay ərzində aylıq 94,7 manat ödəmək şərti ilə, 09 oktyabr 2020-ci il tarixli, 21236042 saylı (ikinci) müqaviləyə əsasən dəyəri 810 manat olan “X1 9S” markalı mobil telefonu 18 ay ərzində aylıq 45 manat ödəmək şərti ilə, 03 dekabr 2020-ci il tarixli, 22103146 saylı (üçüncü) müqaviləyə əsasən, dəyəri 1161 manat olan “Samsung Galaxy A10S” markalı mobil telefonu 18 ay ərzində aylıq 64,5 manat ödəmək şərti ilə, 19 fevral 2021-ci il tarixli, 22303373 saylı (dördüncü) müqaviləyə əsasən, dəyəri 601,2 manat olan “Hoffmann” markalı soyuducunu 18 ay ərzində aylıq 33,4 manat ödəmək şərti ilə, 05 mart 2021-ci il tarixli, 22336906 saylı (beşinci) müqaviləyə əsasən, dəyəri 216 manat olan “Samsung” markalı tozsoranı 18 ay ərzində aylıq 12 manat ödəmək şərti ilə, 03 iyun 2021ci il tarixli, 23115402 saylı (altıncı) müqaviləyə əsasən, ümumi dəyəri 768 manat olan “X1 10” markalı mobil telefonu və “Xiaomi Mi” markalı qulaqlığı 12 ay ərzində aylıq 64 manat ödəmək şərti ilə, 06 iyul 2021-ci il tarixli, 23197402 saylı (yeddinci) müqaviləyə əsasən, dəyəri 714,6 manat olan “Hoffmann” markalı kondisioneri 18 ay ərzində aylıq 39,7 manat ödəmək şərti ilə, 06 iyul 2021-ci il tarixli, 23197360 saylı (səkkizinci) müqaviləyə əsasən, dəyəri 142,8 manat olan “Philips” markalı feni 12 ay ərzində aylıq 11,9 manat ödəmək şərti ilə kreditlə əldə etmiş, lakin kreditor qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 1ci müqavilə üzrə 465 manat əsas, 46 manat dəbbə; 2-ci müqavilə üzrə 405 manat əsas, 40 manat dəbbə; 3-cü müqavilə üzrə 708 manat əsas, 70 manat dəbbə; 4-cü müqavilə üzrə 433,4 manat əsas, 43,6 manat dəbbə; 5-ci müqavilə üzrə 120 manat əsas, 12 manat dəbbə; 6-cı müqavilə üzrə 704 manat əsas, 70 manat dəbbə; 7-ci müqavilə üzrə 714,6 manat əsas, 71,4 manat dəbbə; 8-ci müqavilə üzrə 106,8 manat əsas, 10,2 manat dəbbə borcu olmaqla, ümumilikdə 4020 manat borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,2 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə birinci müqavilə üzrə 465 manat məbləğində əsas borca tənasübsüz olaraq 46 manat, ikinci müqavilə üzrə 405 manat məbləğində əsas borca 40 manat, üçüncü müqavilə üzrə 708 manat məbləğində əsas borca 70 manat, dördüncü müqavilə üzrə 433,4 manat məbləğində əsas borca 43,6 manat, beşinci müqavilə üzrə 120 manat məbləğində əsas borca 12 manat, altıncı müqavilə üzrə 704 manat məbləğində əsas borca 70 manat, yeddinci müqavilə üzrə 714,6 manat məbləğində əsas borca 71,4 manat, səkkizinci müqavilə üzrə 106,8 manat məbləğində əsas borca 10,2 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, birinci müqavilə üzrə hesbalanmış 46 manat dəbbə pulunun məbləği azaldılaraq 32 manat, ikinci müqavilə üzrə 40 manat dəbbə pulu azaldılaraq 28 manat, üçüncü müqavilə üzrə 70 manat dəbbə pulu azaldılaraq 49 manat, dördüncü müqavilə üzrə 43,6 manat dəbbə pulu azaldılaraq 30 manat, beçinci müqavilə üzrə 12 manat dəbbə pulu azaldılaraq 8 manat, altıncı müqavilə üzrə 70 manat dəbbə pulu azaldılaraq 49 manat, yeddinci müqavilə üzrə 71,4 manat dəbbə pulu azaldılaraq 50 manat, səkkizinci müqavilə üzrə 10,2 manat dəbbə pulu azaldılaraq 7 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 60,2 manat məbləğində pul vəsaitinin 56 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 18 iyun 2020-ci il tarixli, 20357956 saylı müqavilə üzrə 465 manat əsas, 32 manat dəbbə, 09 oktyabr 2020-ci il tarixli, 21236042 saylı müqavilə üzrə 405 manat əsas, 28 manat dəbbə, 03 dekabr 2020-ci il tarixli, 22103146 saylı müqavilə üzrə 708 manat əsas, 49 manat dəbbə, 19 fevral 2021-ci il tarixli, 22303373 saylı müqavilə üzrə 433,4 manat əsas, 30 manat dəbbə, 05 mart 2021-ci il tarixli, 22336906 saylı müqavilə üzrə 120 manat əsas, 8 manat dəbbə, 03 iyun 2021-ci il tarixli, 23115402 saylı müqavilə üzrə 704 manat əsas, 49 manat dəbbə, 06 iyul 2021-ci il tarixli, 23197402 saylı müqavilə üzrə 714,6 manat əsas, 50 manat dəbbə, 06 iyul 2021-ci il tarixli, 23197360 saylı müqavilə üzrə isə 106,8 manat əsas, 7 manat dəbbə borcu olmaqla, ümumilikdə 3909,8 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 56 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6688/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6688/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver