Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6725/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Vəliyev Əlisahab Sakin oğlunun və X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işəs məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəliyev Əlisahab Sakin oğlunun və X1 valideyni Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 11154 manat, o cümlədən 7580 manat əsas borcun, 3544 manat dəbbə pulunun və 30 dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə təhsilalanlar Vəliyev Əlisahab Sakin oğlunun və X3 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Əlisahab oğlu arasında bağlanmış Təhsilin təşkili haqqında 799/2019 (T2019-2020) saylı, 31.10.2019-cu il tarixli, 800/2019 (T2019-2020) saylı 31.10.2019-cu il tarixli, 799/2020 (T2020-2021) saylı 08.02.2021-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC X6 və Vəliyeva Gülnaz Sakin qızını təhsil programlarının mənimsənilməsi ilə təmin edilməli, Cavabdeh 2019-2020-ci il tədris ili, 2020-2021-ci il üçün ümumilikdə 13680 manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladlarına təhsil verilsə də, o təhsil haqqını 6100 manat hissəsini ödəmiş, 7580 manat borcu qalmışdır. Bununla bağlı borcluya 14.05.2021-ci il tarixli pretenziyalar edilsə də, o borcunun ödənilməsini təmin etməmişdir. Cavabdeh ilə imzalanmış müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 % məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən , yəni ilkin müqavilələr üzə 515 gün üçün, sonrakı müqavilələr üzrə 150 gün ödəməli dəbbə pulu ümumilikdə 3544 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mülki iş üzrə maliyyə arayışını iş materiallarına əlavə edilməsi üçün təqdim edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə ibtidai sinifdə təhsil alacaq Vəliyev Əlisahab Sakin oğlunun valideyni Cavabdeh arasında bağlanan 799/2020 (T2020-2021) saylı, 08.02.2021-ci il tarixli təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və programları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, təhsilalanın valideyni isə bunun müqabilində Zivə Liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmi məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçındə təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10 % güzəşt tətbiq olunmaqla, 2020-2021-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15.07.2020-ci il tarixinədək Zirvə liseyinin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15.07.2020-ci il tarixinədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci ilin mart ayına qədər (mart ayı daxil olmaqla) 4 ay ərzində aybaay bərabər hissələrlə, təqvim ayının 15-dən gec olmamaq şərtilə Zirvə liseyinin təqdim etdiyi hesaba köçürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndinə nəzərdə tutulmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 % məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı MMC ilə ibtidai sinifdə təhsil alacaq Vəliyev Əlisahab Sakin oğlunun valideyni Cavabdeh arasında bağlanan 799/2019 (T2019-2020) saylı, 31.10.2021-ci il tarixli təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və programları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, təhsilalanın valideyni isə bunun müqabilində Zivə Liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçındə təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15.06.2019-cu il tarixinədək Zirvə liseyinin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndinə nəzərdə tutulmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 % məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı MMC ilə ibtidai sinifdə təhsil alacaq X1 valideyni Cavabdeh arasında bağlanan 800/2019 (T2019-2020) saylı, 31.10.2021-ci il tarixli təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və programları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, təhsilalanın valideyni isə bunun müqabilində Zivə Liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçındə təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 20 % güzəşt tətbiq olunmaqla, 2019-2020-ci il tədris ili üçün təhsil haqqının məbləği 3040 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15.06.2019-cu il tarixinədək Zirvə liseyinin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndinə nəzərdə tutulmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 % məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı MMC ilə ibtidai sinifdə təhsil alacaq X1 valideyni Cavabdeh arasında bağlanan 800/2020 (T2020-2021) saylı, 08.02.2021-ci il tarixli təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və programları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, təhsilalanın valideyni isə bunun müqabilində Zivə Liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçındə təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3800 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10 % güzəşt tətbiq olunmaqla, 2020-2021-ci tədris ili üçün təhsil haqqı məbləği 3420 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Valideyn 15.07.2020-ci il tarixinədək Zirvə liseyinin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Təhsil haqqının 15.07.2020-ci il tarixinədək ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, qalan 2920 manat məbləği cari 2020-2021-ci ilin mart ayına qədər (mart ayı daxil olmaqla) 4 ay ərzində aybaay bərabər hissələrlə, təqvim ayının 15-dən gec olmamaq şərtilə Zirvə liseyinin təqdim etdiyi hesaba köçürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndinə nəzərdə tutulmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2 % məbləğində dəbbə pulu ödəyəcək. İddiaçı MMC tərəfindən 14.05.2021-ci il tarixli və 14.01.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanan təhsilin təşkili müqavilələri üzrə qalıq borcunu 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi prosedurlara başlanacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edən 22.09.2021-ci il tarixli 100/2276 saylı maliyyə arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan Vəliyev Əlisahab Sakin oğlunun və X1 valideyni Cavabdeh arasında bağlanmış təhsilin təşkili haqqında 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019-2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 1740 manat təhsil haqqı borcu, 2020- 2021 tədris ili üzrə 5840 manat təhsil haqqı borcu və 3544 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 13680 manat təşkil edir, bu məbləğdən 6100 manat ödəniş edilib. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə ibtidai sinifdə təhsilalanlar Vəliyev Əlisahab Sakin oğlunun və X3 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Əlisahab oğlu arasında Təhsilin təşkili haqqında 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019-2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı müqavilələr imzalanmışdır. Bağlanmış müqavilə əsasənda MMC ibtidai sinifdə təhsil alan Vəliyev Əlisahab Sakin oğluna və X5 ümumi təhsil verməyi, təhsilalanın valideyni isə bunun müqabilində Zivə Liseyinə bu müqavilələrin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırda öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 13680 manat təşkil etmişdir ki, cavabdeh tərəfindən bu məbləğdən 6100 manat ödəniş edilmiş və 7580 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, İddiaçı MMC ilə qanuni nümayəndə kimi Cavabdeh arasında Vəliyev Əlisahab Sakin oğlu və X1 2019-2021-ci illər üçün liseydə təhsil almaları ilə bağlı ayrı ayrılıqda “Təhsilin Təşkili” müqavilələri bağlanmışdır. Həmin müqavilələr adından və formasından asılı olmayaraq podrat müqaviləsidir. Bu baxımdan tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Podratçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etmiş, sifarişçi isə öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə şərtlərini pozmuşdur. İş materiallarında olan sübutlarla podratçının müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etdiyi, sifarişçinin isə öz növbəsində müqavilə öhdəliklərini icra etməməsi təsdiq olunur. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək o qənaətə gəlir ki, bu tip müqavilələrdə yaranmış borcun, ödənilən məbləğin başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 76.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar dedikdə iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar nəzərdə tutulur.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.2-ci maddəsində qeyd edilmişdir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, ümumi təhsil haqqı 13680 manat olan müqavilələr üzrə cavabdeh tərəfindən cəmi 6100 manat ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019-2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı “Təhsilin təşkili” müqavilələrinə əsasən əsas borca görə Cavabdeh 7580 məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019-2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı müqavilələr üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 3544 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğini nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdur. Bu səbəbdən həmin məbləğ endirilməli və 1000 manat məbləğində müəyyən edilməli və bu məbləğ Cavabdeh iddiaçı Zirvə Liseyi” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019-2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı “Təhsilin təşkili” müqavilələri üzrə əsas borca görə 7580 manat, cərimə borcuna görə 1000 manat olmaqla, ümumilikdə 8580 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31.10.2019-cu il tarixli 799/2019 (T2019-2020) və 800/2019 (T2019- 2020), 08.02.2021-ci il tarixli 799/2020 (T2020-2021) və 800/2020 (T2020-2021) saylı “Təhsilin təşkili” müqavilələri üzrə əsas borca görə 7580 (yeddi min beş yüz səksən) manat, cərimə borcuna görə 1000 (bir min) manat olmaqla, ümumilikdə 8580 (səkkiz min beş yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6725/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6725/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver