Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6774/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli, 106804-829153/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, banka olan borcunu ödəməmişdir. 12.08.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə əsas borca görə 2234,88 manat, faiz borcuna görə 359,19 manat olmaqla cəmi 2594,07 manat kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də, Cavabdeh əsas borca görə 2234,88 manat və faiz borcuna görə 359,19 manat olmaqla cəmi 2594,07 manat borcun və 30,4 manat dövlət rüsumunun Expressbank ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Expressbank ASC-nin nümayəndəsi E.İ.Səmədov ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin müdafiə edildiyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Expressbank ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli 106804-829153/1 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana şəxsi istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 25 % ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 25.12.2019-cu il tarixli 106804-829153/1 saylı kredit müqaviləsi üzrə 25.12.2019-cu il tarixdən 25.12.2022-ci il tarixədək əsas borca görə 3000 manat, faiz borcuna görə 1294,05 manat ödəməyi öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 25.12.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh 3000 manat ödənilmişdir. Expressbank ASC-nin 12.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli 106804- 829153/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12.08.2021-ci il tarixə əsas borcu 2234,88 manat, faiz borcu 359,19 manat olmaqla cəmi 2594,07 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 199 gün təşkil edir. Expressbank ASC-nin Cavabdeh ünvanladığı 21.09.2020-ci il tarixli 106/106/0685/2020 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən Expressbank ASC borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 2234,88 manat və faiz borcuna görə 359,19 manat borcun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının Cavabdeh əsas borca görə 2234,88 manat və faiz borcuna görə 359,19 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 25.12.2019-cu il tarixli 106804-829153/1 saylı kredit müqaviləsinə əsasən əsas borca 2234,88 manat, faiz borcuna görə 359,19 manat, dövlət rüsumuna görə 30,4 manat olmaqla, cəmi 2624,47 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6774/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6774/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver