Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6784/2022 25.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X3, Çarpayı, Termo, Matras, 2 ədəd Tumba üçün 232,5 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X3, Çarpayı, Termo, Matras, 2 ədəd Tumba üçün ödənilməmiş 1474 manat və 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X4, Dnepr Yataq, Dolab, Çarpayı, 2 ədəd Təbriz Qonaq jurnal masa, Matras üçün 2310 manat ödənilməmiş hissə və 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı tozsoran üçün 168,6 manat ödənilməmiş hissə və 16 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A10s” (İMEİ Kodu **********23389) markalı telefon üçün 48,8 manat ödənilməmiş hissə və 4,1 manat cərimə olmaqla, cəmi 4655 manat borcun və 66,55 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, X3, çarpayı, Termo, Matras, 2 ədəd tumba, X4, Dnepr yataq, dolab, çarpayı, 2 ədəd Təbriz qonaq jurnal masa, matras, “Samsung” markalı tozsoran, “Samsung Galaxy A10s” (İMEİ Kodu **********23389) markalı telefon, “Samsung Galaxy A71” (İMEİ Kodu **********01678) markalı telefon almış və nəticədə 4655 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1050 manat olan X3, çarpayı, termo, matras, 2 ədəd tumbanı ilkin ödəniş 120 manat olmaqla, 12 ay müddətinə, hər ay 70,5 manat ödəmək şərti ilə almış, nəticədə 232,5 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 23 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1768,8 manat olan X3, çarpayı, termo, matras, 2 ədəd tumbanı ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 73,7 manat ödəmək şərti ilə almış, nəticədə 1474 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2772 manat olan X4, Dnepr yataq, dolab, çarpayı, 2 ədəd Təbriz qonaq jurnal masa, matrası ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 115,5 manat ödəmək şərti ilə almış, nəticədə 2310 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 231 manat miqdarında cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 217,8 manat olan “Samsung” markalı tozsoranı ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 12,10 manat ödəmək şərti ilə almış, nəticədə 168,6 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 16 manat miqdarında cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 328,8 manat olan “Samsung Galaxy A10s” (İMEİ Kodu **********23389) markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 27,4 manat ödəmək şərti ilə almış, nəticədə 48,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,1 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1903,5 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 25 oktyabr 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21087821 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 120 manat olmaqla, 12 ay müddətinə hər ay 77,5 manat ödəmək şərti ilə, dəyəri 1050 manat olan “Samsung Galaxy A71” (İMEİ Kodu **********01678) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A71” (İMEİ Kodu **********01678) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22197735 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 24 ay müddətinə hər ay 73,70 manat ödəmək şərti ilə, dəyəri 1768,80 manat olan X3, çarpayı, termo, matras və 2 ədəd tumba satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X3, çarpayı, termo, matras və 2 ədəd tumba Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22200525 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 115,50 manat ödəmək şərti ilə, dəyəri 2772 manat olan X4, Dnepr yataq, dolab, çarpayı, 2 ədəd Təbriz qonaq jurnal masa, matras satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X4, Dnepr Yataq, Dolab, Çarpayı, 2 ədəd Təbriz Qonaq jurnal masa, Matras Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22195571 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 12,10 manat ödəmək şərti ilə, dəyəri 217,80 manat olan “Samsung” markalı tozsoran satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung” markalı tozsoran Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22288071 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 27,40 manat ödəmək şərti ilə, dəyəri 328,80 manat “Samsung Galaxy A10s” (İMEİ Kodu **********23389) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A10s (İMEİ Kodu **********23389) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 232,5 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1474 manat və 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2310 manat ödənilməmiş hissə və 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 168,6 manat ödənilməmiş hissə və 16 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 48,8 manat ödənilməmiş hissə və 4,1 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 232,5 manat məbləğində əsas borc və 23 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1474 manat məbləğində əsas borc və 147) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2310 manat məbləğində əsas borc hissə və 231 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 168,6 manat məbləğində əsas borc və 16 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 48,8 manat məbləğində əsas borc və 4,1 manat məbləğində cərimə olmaqla, cəmi 4655 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 66,55 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 232,5 (iki yüz otuz iki manat 50 qəpik) manat məbləğində əsas borc və 23 (iyirmi üç) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1474 (bir min dörd yüz yetmiş dörd) manat məbləğində əsas borc və 147 (bir yüz qırx yeddi) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2310 (iki min üç yüz on) manat məbləğində əsas borc hissə və 231 (iki yüz otuz bir) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 168,6 (bir yüz altmış səkkiz manat 60 qəpik) manat məbləğində əsas borc və 16 (on altı) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 48,8 (qırx səkkiz manat 80 qəpik) manat məbləğində əsas borc və 4,1 (dörd manat 10 qəpik) manat məbləğində cərimə və 66,55 (altmış altı manat 55 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4721,55 (dörd min yeddi yüz iyirmi bir manat 55 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6784/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6784/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver