Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6798/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4003,03 manat, 10.08.2021-ci il tarixinə faiz borcu üzrə 1280,86 manat olmaqla, cəmi 5283,89 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, 1**-AF-***3-li kredit müqaviləsinə əsasən ona illik 22 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərtilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 4003,03 manat, 10.08.2021-ci il tarixinə faiz borcu üzrə 1280,86 manat olmaqla, cəmi 5283,89 manat məbləğində borcu yaranmışdır. Kredit borcu üzrə sonuncu dəfə 19.03.2020-ci il tarixində cəmi 270 manat ödəniş edilmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 03 iyul 2019-cu il tarixində bankdan 5000 manat məbləğində kredit götürmüşdür. Əvvəlcə ödənişləri yerinə yetirsə də, sonradan gecikmələr olmuşdur. Hazırki mərhələdə məhkəməyə təqdim edəcək sənədləri və sübutları yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh Elşən oğlu arasında bağlanmış 03.07.2019-cu il tarixli, 1**- AF-*** saylı kredit müqaviləsinə və kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən bank Cavabdeh Elşən oğluna 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə, aylıq 259,39 manat ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi, Cavabdeh Elşən oğlu isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 05.08.2019-cu il, sonuncu ödəniş tarixi 03.07.2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı ASC-nin 10.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Elşən oğlunun 03.07.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə 4003,03 manat əsas, 1280,86 manat faiz cəmi 5283,89 manat məbləğində borcu vardır; İddiaçı ASC tərəfindən Cavabdeh Elşən oğluna ünvanlanmış 26.11.2021-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh Elşən oğluna 03.07.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 iş günü müddətində ödənilməsi, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; 19.08.2021-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh Elşən oğlu arasında 03.07.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi bağlanmış, nəticədə bank tərəfindən Cavabdeh Elşən oğluna 24 ay müddətinə, illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Elşən oğlu həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətdə və məbləğdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh Elşən oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır İddiaçı ASC cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə borclunun uzun müddət öhdəliyini icra etməməsini onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək hesab edir ki, kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ əsaslı hesab edilməli, cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq qalıq borcunu iddiaçıya ödəməlidir. Cavabdeh məhkəməyə verdiyi izahatında kredit borcunu vaxtında və lazımi qaydada ödəməyi gecikdirdiyini etiraf etmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, 03.07.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə əsas borca görə 4003,03 manat, faiz borcuna görə 1280,89 manat olmaqla, cəmi 5283,89 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Elşən oğlundan iddiaçı "AFB BANK” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03.07.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə əsas borca görə 4003,03 (dörd min üç manat, üç qəpik) manat, faiz borcuna görə 1280,89 (bir min iki yüz səksən doqquz qəpik) manat olmaqla, cəmi 5283,89 (beş min iki yüz səksən üç manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Elşən oğlundan iddiaçı "AFB BANK” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6798/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6798/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver