Məhkəmə qərarları › İş №2(001)-680/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-680/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-680/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Oktay oğluna qarşı kredit müqaviləsi borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh3 oğluna, Cavabdeh1 və Cavabdeh2 Oktay oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh3 AccessBank QSC ilə bağladığı 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 8239,05 manat ödəmiş, onun 1760,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.10.2021-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 463,83 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 13.10.2020-ci il tarixə 373 gün üçün hesablanmış cərimə 853,27 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin a yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğlu bağladıqları zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Tərəflər arasında bağlanmış kredit razılaşmasının qüvvədə olduğu müddətə borcalanın faiz borcu faiz borcuna görə 168,76 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Oktay oğlundan müştərək qaydada iddiaçı AccessBank QSCnin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1760,95 manat, faiz borcuna görə 463,83 manat, cəriməyə görə 853,27 manat olmaqla cəmi 3178,05 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 51,78 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə o, AccessBank QSC ilə bağladığı 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdehlər iş yoldaşı Cavabdeh1, qohumu Cavabdeh2 Oktay oğlu bank qarşısında ona zamin durmuşlar. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. Hazırda o, bankın əsas və müqavilənin qüvvədə olduğu tarixə faiz borcu tələbini qəbul edir, hər ay borcunu 100 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Bankın cərimə tələbi ilə razı deyildir. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 30000 ABŞ dollar kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ, 120 ay, 28.02.2023-ci il tarixdən gec olmayaraq verilməlidir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. AccessBank QSC-nin 03.08.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10000 manatı Cavabdeh3 vermişdir. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh3 03.09.2018-cu il tarixdən 03.10.2020-ci il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 2980,86 manat olmaqla cəmi 12980,86 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh2 Oktay oğlu və Cavabdeh1 ödəniş planı ilə tanış olaraq razı olduqlarını imzası ilə təsdiq etmişlər. Borcverən AccessBank QSC, zamin Cavabdeh2 Oktay oğlu arasında bağlanmış 10.04.2013-cü il tarixli 05S000007413 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 Oktay oğlu borcalan Cavabdeh3 məbləği 30000 ABŞ dolları müddəti 120 ay olan 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC, zamin Cavabdeh1 arasında bağlanmış 28.02.2013-cü il tarixli 05S000007316 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh3 məbləği 30000 ABŞ dollar, müddəti 120 ay olan 28.02.2013-cü il tarixli 05L000003151 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 4.1-ci bəndlərindən müəyyən olunur ki, zaminlik müqavilələri imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qəvvədədir. AccessBank QSC-nin 05.11.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 13.10.2021-ci il tarixə əsas borca görə 1860,95 manat, faiz borcuna görə 463,83 manat, cərimə borcuna görə 853,27 manat olmaqla cəmi 3178,05 manat borcu vardır. Gecikmə günlərinin sayı 373 gün təşkil edir. AccessBank QSC-nin 02.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 03.02.2021-ci il tarixə əsas borca görə 1760,95 manat, faiz borcuna görə 168,76 manat, cərimə borcuna görə 262,95 manat olmaqla cəmi 2192,66 manat borcu vardır. Gecikmə günlərinin sayı 121 gün təşkil edir. AccessBank QSC-nin Cavabdeh3, X1 və Cavabdeh2 Oktay oğluna ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 1760,95 manat, faiz borcuna görə 168,76 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsi üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 1760,95 manat, faiz borcuna görə 168,76 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 15.11.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Oktay oğlundan 03.08.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca görə 1760,95 manat, faiz borcuna görə 168,76 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 51,78 manat olmaqla cəmi 2031,33 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar