Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6816/2021 26.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMCnin cavabdeh X2 qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh X2 qarşı “pul” tələbi nə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 341 manat məbləğində əsas borcun, 30 manat məbləğində dəbbə pulunun və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 391 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 05.07.2017-ci il tarixli, STN01-2687 №-li alğısatqı müqaviləsi əsasında Texnoplus mağazasından 422 manat dəyərində Samsung SM-J320 black markalı mobil telefon alınmışdır. Eyni zamanda alğı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 50 manat həcmində ilkin ödəniş edilmişdir. Müqaviləyə əsasən 422 azn ümumi məbləğdən 50 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 372 manat etmişdir. Bu isə aylıq ödəmə şərtilə aylıq 31 manat ödəniş edilmişdir. X3 isə yalnız 05.08.2017-ci il tarixdə 31 manat ödəniş etmişdir. Odur ki, cavabdehin cəmi 341 manat borcu vardır. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə cavabdehə ödənişlə əlaqədar 13.08.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.Həmin məcəllənin 284-3.2.4-cü maddəsində göstərilmişdir ki, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materialları ilə müəyyən edilir ki, X5 ilə X3 arasında 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququ 10 oktyabr 2020-ci il tarixli Bağışlama müqaviləsi əsasında İddiaçı MMC-yə hədiyyə edilmişdir. Lakin iddiaçı iddia tələbində bağışlama müqaviləsinə istinad etsə də, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən iddianın mahiyyətinin tələbin güzəşti və ya faktorinq olduğu müəyyən edilir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələb etmə hüququ barədə mübahisə vardır və həmin hallar araşdırılmağı tələb edir. Beləliklə məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından MPM-nin 284-4.1.4-cü maddəsinin tələbi baxımından imtina olunmalı, iddiaçıya MPM-nin 284-4.3-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü və 284-1-284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pul” tələbi ilə bağlı kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6816/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6816/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver