Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6827/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 14 iyun 2019-cu il tarixli “Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsi”nin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 5057,68 manat əsas, 0,42 manat faiz borcunun, cəmi 5058,1 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 14 iyun 2019-cu il tarixdə bağlanmış “Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsi”nə əsasən, cavabdehin banka ümumi borcu 6344 manat müəyyən edilməklə borcun illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, müqavilə üzrə öhdəlilər cavabdeh tərəfindən lazımınca icra olunmadığından onun 07 oktyabr 2021-ci il tarixə banka 4918,54 manat əsas, 2,38 manat faiz borcu yaranmışdır. İddia ərizəsində cavabdehin borcu 5057,68 manat əsas, 0,42 manat faiz borcu kimi göstərilsə də, sonradan cavabdeh ödəniş etmiş, nəticədə 07 oktyabr 2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə borc qalmışdır. Sonda V.A.Həsənova 07 oktyabr 2021-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim edərək iddianın həmin arayışda göstərilən məbləğlərə uyğun təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan: - 14 iyun 2019-cu il tarixli, FR/77935/69 nömrəli “Güzəştli kredit müqaviləsi”ndən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 1 il güzəşt olunmaqla 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 6344 manat məbləğində kredit verilmişdir. - 16 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə həmin tarixə 5057,68 manat əsas, 0,42 manat faiz borcu müəyyən olunmuşdur. - 07 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə əsas borcu 4918,54 manat, faiz borcu 2,38 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 14 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən iddia borcun tutulması hissəsində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 07 oktyabr 2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4918,54 manat əsas, 2,38 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6827/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6827/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver