Məhkəmə qərarları › İş №2(001)-6841/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(001)-6841/2020

20.11.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(001)-6841/2020 20.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Məhəmməd Rüstəmli Ərizənin predmeti: Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-nin maddəsi - 276.2.4 Kreditor Fiziki şəxsin S.A.A.: Tələbkar Şəxsiyyət vəsiqəsinin AA*******, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1983, Bakı şəhəri Qeydiyyat unvanı: Bakı şəhəri, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, 1K, döngə 4, ev 5 Borclu Fiziki şəxsin S.A.A.: Borclu Şəxsiyyət vəsiqəsinin AZE ********, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1979, Bakı şəhəri Qeydiyyat unvanı: Bakı şəhəri, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, 1K, döngə 4, ev 5 İş yeri: Azərbaycan Dillər Universiteti Hüquqi əsaslandırma AZƏRBAYCAN RESPUBLİKASİ AİLƏ MƏCƏLLƏSİ 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Nəticə hissəsi Əmr e t d i m: Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən, Tutulmalı olan məbləğ: Borclu xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilsin. Valyuta növü: AZN Ərizəçinin/kreditorun çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: Tutulma qaydası: Tutulma qaydası: Ödəniş cari günün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməlidir. Məhkəmə əmrinin icra edilməsi Azərbaycan Respublı̇kasının Mülki ̇Prosessual Məcəlləsi 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar