Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6849/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə dəymiş 1821 (min səkkiz yüz iyirmi bir) manat zərərin və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, AR DİN BDYP İdarəsi tərəfindən verilən texniki pasporta, 09797517 №-li mühərrik, Ban:VVBAFR71050C723734, **-HH-*** dövlət nömrə nişanlı BMV-5351 markalı avtomaşın ona məxsusdur. 07 iyul 2022-ci il tarixdə təxminən saat 08:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti istiqaməti üzrə yuxarıda qeyd olunan avtomaşını ilə hərəkət etdiyi zaman onunla yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdehnə məxsus olan “FORD CARGO” markalı **-JY-*** dövlət nömrə nişanlı yük maşınıyol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozaraq yolun eyni istiqamətində olan bir neçə avtomobili əzərək,(o cümlədən onun avtomobilini) ağır yol nəqliyyat hadisəsi törətməklə avtomobilinə zərər vurmuşdur. Qeyd edilən yol-nəqliyyat hadisəsi cavabdehə məxsus avtomaşının sürücüsü X1 AR İXM-nin müvafiq maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması işdə olan sübutlardan, o cümlədən “Nəqliyyat vasitələrinin zədələnməsi” nə dair BBPİ-nin DYPİ tərəfindən verilmiş 002744 nömrəli arayışla təsdiq olunur. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanın törədilməsində cavabdehin sürücüsü təqsirli bilindiyindən avtomobilinə dəymiş zərərin məhz cavabdeh tərəfindən ödənilməsini qanuna uyğun hesab edir. Cavabdehin təqsiri üzündən avtomobilinə dəymiş zərərin məbləği 4000 (dörd min) manat qiymətləndirilmiş, cavabdehin sığortaçısı (Atəşgah Sığorta ASC) tərəfindən həmin məbləğdən 2179 manat ona köçürmə yolu ilə hesabına yerləşdirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərdən 4000-2179=1821(min səkkiz yüz iyirmi bir) manat bu günə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Hesab edir ki, avtomobilinə vurulan zərərin yerdə qalan 1821 manatı Cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Eco Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X5 İdarəsi tərəfindən verilmiş 002744 №-li nəqliyyat vasitələrinin zədələnməsi barədə Arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə saat 08:55-də Sabunçu rayonu Heydər Əliyev prospektində idarə etdiyi “Ford Coco” yük markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə 5 nəqliyyat vasitəsi zədələnmişdir. Həmin nəqliyyat vasitələrindən biri İddiaçı idarə etdiyi “BMW” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildir və həmin avtomobilin sağ yan hissəsi əzilmişdir. İş materiallarından görünür ki, “Ford Cargo 1826” yük markalı **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarından görünür ki, “BMW535İ” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “BMW 5351” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) məbləği 4.000 (dörd min) manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 29 avqust 2022-ci il tarixli, 109174 nömrəli sığorta aktından və İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, PAT********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə Cavabdeh MMC tərəfindən sığortalanmış “Ford Cargo 1826” yük markalı **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi törədilmiş və sığortalanmış avtomobil “BMW” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə sonuncu avtomobilə 4.000 (dörd min) manat məbləğində zərər dəymişdir. Sığorta ödənişi mütənasib qaydada 2179 manat müəyyən edilərək, "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Ford Cargo 1826” yük markalı **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobilin mülkiyyətçisi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 29 avqust 2022-ci il tarixli sığorta aktına əsasən, 4000 manat müəyyən edilmiş və Sığorta Şirkəti tərəfindən iddiaçıya 2179 manat məbləğində sığorta məbləği ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “BMW” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4000 manat məbləğində müəyyən edilməli və həmin məbləğdən ödənilmiş 2.179 manat məbləğində sığorta ödənişi çıxılmaqla, Cavabdeh MMC-dən 1821 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh MMC-dən avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq, 1.821 (min səkkiz yüz iyirmi bir) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən maddi ziyanın əvəzi olaraq 1.821 (min səkkiz yüz iyirmi bir) manat və dövlət rüsumuna görə 40 (qırx) manat olmaqla, cəmi 1.861 (min səkkiz yüz altmış bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6849/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6849/2022
14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver