Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-686/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Nağıyeva Məhbubə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3530,79 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3560,79 manat pulun məcburi qaydada tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, kod 805573 , VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB 06 aprel 2020-ci il tarixli, 07/400 “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında X3 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib edilmişdir. 26.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarili 021023 saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı. 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 06.04.2020-ci il tarixli ******* saylı, 30.06.200-ci il tarixli ******* saylı aktlar əsasında ümumilikdə cavabdehə 3530,79 mnat borc hesablanmışdır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçı İB-nə ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğini könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında 06.04.2020-ci il tarixli, 07/400 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********20000 olan X2 qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “ Elster G-4 Diafraqma” tipli sənaye cihazı, 12527400 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən mənzildə 4 gözlü qaz plitələri (PQ-4), (1/1) xaricdə istehsal olunan radiator peçı (1/1) cihazları mövcuddur. “Gasrep” adlı sənəddən müəyyən olunur ki, qazdan istifadəyə görə X1 göstəricisinə əsasən borcu yoxdur; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3024 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 27 noyabr 2018-ci il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 dekabr 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 dekabr 2018-ci il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar təbii qazdan isifadə aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 31 yanvar 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 fevral 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 mart 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29 mart 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.04.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 iyun 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28.06.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 may 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 03.05.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 iyul 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 31.07.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 avqust 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.08.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.09.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 oktyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.10.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 noyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1422 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29.11.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3960 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.12.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30.12.2019-cu il tarixli 305 saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.01.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30.01.2020-cu il tarixli 07/583 saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 28 fevral 2020-cu il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28.02.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 28.02.2020-cu il tarixli 07/725 saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 30 mart 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.03.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30.03.2020-cu il tarixli 07/1102 saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 06 aprel 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 590 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 06.04.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 06.04.2020-cu il tarixli 07/1299 saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 30 iyun 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3888 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.06.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30.06.2020-cu il tarixli 0287853saylı aktdan görünür ki, istehlakçı R.Abbasquliyevə aid ünvanda sayğacdan kənar qaynaq vasitəsi ilə qeyri-qanuni qoşulma ləğv edilmişdir. R.Abbasquliyev akta imza etməkdən imtina etmişdir. 30.06.2020-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/3980 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Birliyin TTİ, Binəqədi-Sulutəpə qəsəbəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Daşıyıcı qaz xətti üzərində iki hissədə mövcud olan və hər ikisinin sonluqları qaynaqla bağlanmış borucuqlar vasitəsi ilə (sonluqları açıq olan halda) sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin yaxud digər abonentin həmin orucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edibetməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 06 aprel 2020-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqaviləyə qədər Bakı şəhəri Binəqədi rayonu, Birliyin TTİ, Binəqədi-Sulutəpə qəsəbəsində Cavabdeh məxsus mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı ilk dəfə 26.11.2018-ci il tarixində aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək akt tərtib edilmiş, cavabdehə 302,40 manat həcmində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları bir neçə dəfə yenidən cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə aktlar tərtib etmişlər. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/3980 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Birliyin TTİ, Binəqədi-Sulutəpə qəsəbəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Lakin qaz xətti üzərində iki hissədə mövcud olan və hər ikisinin sonluqları qaynaqla bağlanmış borucuqlar vasitəsi ilə (sonluqları açıq olan halda) sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Hazırda iddiaçı tərəf 2018-ci il tarixindən tərtib etmiş olduğu aktlara görə ümumilikdə 3560,79 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir . Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən tələb edilən məbləği 26.11.2018-ci ildən 30.06.2020-ci il tarixədək tərtib edilmiş aktlara əsasən tutulmalı olduğunu göstərmişdir. Yəni iddiaçı 26.11.2018-ci il tarixdən 30.06.2020-ci ilədək bir ay istisna edilməklə(2020-ci ilin may ayı) 19 AKT tərtib etmişdir. Həmin aktlara əsasən zərərin məbləğin hesablandıqda cəmi 2872.4 manat təşkil etdiyi müəyyən olunur. Lakin iddiaçının hansı əsasla 3530.79 manat tələb etməsi iddia tələbindən müəyyən edilmir. Belə ki, iddia ərizəsində yalnız tərtib edilmiş AKT-lara əsasən vurulmuş zərərin əvəzinin tələb olunduğu məlum olur. Ehtimal olunsa ki, həmin məbləğ həm sərfiyyata görə borc, həm AKT-lara əsasən zərərin məbləğidir, bu halda da cavabdehin sayğac göstəricisinə əsasən borcu olmadığı göstərilmişdir. Buna baxmayaraq məhkəmə iddia tələbi və onun əsasını təşkil edən hallara bağlı olmalı olduğundan iddia tələbinin əsaslığını yalnız 2872.4 manat vurulmuş zərərin əvəzinin tutulması hissəsində yoxlamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində və tərtib etdiyi aktlarda abonentin istixana fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, həm ekspertiza tədqiqatı keçirilərkən, həm də 06.04.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən abonentin istixana fəaliyyəti ilə məşğul olmadığı, əksinə həmin ünvanda Cavabdeh məxsus olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Çünki ekspertiza tədqiqatı aparılarkən daşıyıcı qaz xətti üzərində iki ədəd diametri 15 mm olan borucuq olduğu və borucuqların sonluğunun qaynaqla bağlanmış olduğu müəyyən edilmişdir. Məlum məsələdir ki, abonentin evinə çəkilmiş daşıyıcı qaz xətti üzərində borucuğun olması hansı məqsədə xidmət etmək üçündür. Faktiki olaraq həmin borucuqların qaynaqla bağlanmış olması, qanunsuz qoşulma halının mövcud olmuş olmasını istisna etmir. Lakin vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyəti ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddəsin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təbbi ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa tərəflər arasında bağlanmış 06.04.2020-ci il tarixli, 07/400 nömrəli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 26.11.2018-ci ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 19 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 ilə yaxın müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni ******* saylı, 26 noyabr 2018-ci il tarixli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Buna görə də cavabdehdən 302.4 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 302.4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 302.4(üç yüz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-686/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-686/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver