Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6869/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonar isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, Shosman Qazan dəsti, Hoffmann tərəzi, X6, Lara Mətbəx dəsti üçün 375 manat ödənilməmiş hissə, 111 manat dəbbə, 07 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, Akustik-Yataq Çarpayı, Dolab, Termo, Tumba, Tekstil Yorğan, Yastıq, Nevresim takımı üçün 3.113,2 manat ödənilməmiş hissə, 570 manat dəbbə, 25 iyul 2020-ci il tarixli müqaviləyə əsasən, Apple watch və apple airpods pro üçün 801 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.258,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 fevral 2020-ci, 07 fevral 2020-ci il, 19 mart 2020-ci il, 25 iyul 2020-ci il tarixli müqavilələrə əsasən, Shosman Qazan dəsti, Hoffmann tərəzi, X6, Lara Mətbəx dəsti, Akustik-Yataq markalı Çarpayı, Dolab, Termo, Tumba, Tekstil Yorğan, Yastıq, Nevresim takımı, , Acer Aspire, Apple saat və qulaqlıq almı. və nəticədə 7.185,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 777,6 manat (12 ay x 62 manat 80 qəpik+24 manat ilkin ödəniş) Shosman, Hoffmann tərəzi, X6, Lara Mətbəx dəsti üçün ümumilikdə, 486 manat olmaqla ondan 375 manat ödənilməmiş hissə, 111 manat dəbbə, 07 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4.153 manat (24 ay x173 manat+1 manat ilkin ödəniş) Akustik-Yataq markalı Çarpayı, Dolab, Termo, Tumba, Tekstil Yorğan, Yastıq, Nevresim takımı üçün ümumilikdə, 4.683,2 manat olmaqla, ondan 3.113,2 manat ödənilməmiş hissə, 570 manat dəbbə pulu, 19 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.124,4 manat (12 ay x 91 manat 20 qəpik+30 manat ilkin ödəniş) Acer Aspire notebook üçün, ümumilikdə, 937,9 manat olmaqla, ondan 719,9 mnat ödənilməmiş hissə, 218 manat dəbbə, 25 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1.924,2 manat (6 ay x 310 manat 70 qəpik+0 manat ilkin ödəniş) Apple saat və qulaqlıq üçün 2.078,5 manat olmaqla, ondan 1.598,5 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.172,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən 19 mart 2020-ci il tarixli müqavilə üzrə borc tam olaraq ödənilmiş, bununla belə 25 iyul 2020-ci il tarixli müqavilə üzrə isə borc üzrə qismən ödəniş edilmişdir. Ona görə də tələbin həcmi azaldılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 20084388 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Shosman, Hoffmann tərəzi, X6, Lara Mətbəx dəsti sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 07 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 20084388 saylı müqavilədə göstərilən məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 20084294 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Akustik-Yataq Çarpayı, Dolab, Termo, Tumba, Tekstil Yorğan, Yastıq, Nevresim takımı sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 07 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 20084294 saylı müqavilədə göstərilən məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış 25 iyul 2020-ci il tarixli, 21039837 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Apple watch və apple airpods pro sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 25 iyul 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X2 21039837 saylı müqavilədə göstərilən məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 10 mart 2020-ci il tarixli məktubdan görünür ki, X2 "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 05 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 07 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borc 375 manat, cərimə 111 manat olmaqla, cəmi 486 manat, 07 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borc 3.113,2 manat, cərimə 570 manat olmaqla, cəmi 3.683,2 manat, 25 iyul 2020-ci il tarixli müqavilə üzrə əsas borc 1.598,5 manat, cərimə 480 manat olmaqla, cəmi 2.078,5 məbləğində borc hesablanmışdır. 06 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə cavabdehə ümumilikdə 5.258,2 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 20084388 saylı, 20084294 saylı və 21039837 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, qeyd olunan müqavilələr üzrə dəbbə pulu azaldılaraq 20084388 saylı müqavilə üzrə 20 manat, 20084294 saylı müqavilə üzrə 50 manat, 21039837 saylı üzrə 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 fevral 2020-ci il tarixli, 20084388 saylı müqavilə üzrə əsas borc 375 manat, dəbbə pulu 20 manat olmaqla, cəmi 395 manat, 07 fevral 2020-ci il tarixli, 20084294 saylı müqavilə üzrə əsas borc 3.113,2 manat, dəbbə pulu 50 manat olmaqla, cəmi 3.163,2 manat, 25 iyul 2020-ci il tarixli, 21039837 saylı müqavilə üzrə əsas borc 801 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 831 manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 fevral 2020-ci il tarixli, 20084388 saylı müqavilə üzrə əsas borc 375 (üç yüz yetmiş beş) manat, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, cəmi 395 (üç yüz doxsan beş) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 07 fevral 2020-ci il tarixli, 20084294 saylı müqavilə üzrə əsas borc 3.113,2 (üç min bir yüz on üç manat, iyirmi qəpik) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 3.163,2 (üç min bir yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 25 iyul 2020-ci il tarixli, 21039837 saylı müqavilə üzrə əsas borc 801 (səkkiz yüz bir) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 831 (səkkiz yüz otuz bir) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6869/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6869/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver