Məhkəmə qərarları › İş №2(001)-687/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-687/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-687/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1779,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1.809,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İbnin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent 10.10.2013-cü il tarixli, 34390 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” imzalanmış və tərəflər arasında imzlanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X2 məxsus fərdi yaşayış evini qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin regional Qazın Satışı Departamenti tərəfindən **********05460 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 itron markalı 1302AZ**********20 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək), “Qazdan istifadə qaydaları”ının 6.5-ci bəndinin (qazpaylaycı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”nun 6.2ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçəqaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacna müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 03 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentaybr 2019-cu il tarizli ******* saylı akt əsasında 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylıı akt əsasında 295,20 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28 fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30 aprel 2020-ci il tarixli, ******* saylı akt əsasında 243,60 manat olmaqla, cəmi 1777,20 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 2020-ci ilin may, iyun və iyul ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 2,20 manat məbləğində debitor borcu yaranmışdır. Nəticədə cavabdehin “Azriqaz” İB-nə ümumilikdı 1779,40 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı İB ilə Cavabdeh arasında 10 oktyabr 2013-cü il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 34390 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. **********05460 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2020-ci il üçün 1129,20 manat təşkil edir. Həmçinin 2020-ci ilin may ayında 0,50, iyun ayında 0,40, iyul ayında 1,30 manat məbləğində qaz sərfiyyatı edilmişdir. BRQDS-nıın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 03 iyun 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 03 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat (4 saat yay rejimi) və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat (4 saat yay rejimi), hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1656m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nıın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 21 iyul 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 03 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nıın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 avqust 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29 noyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 dekabr 2019-cu il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlükiş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət və Abbasov Emin tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlükiş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlükiş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 mart 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlükiş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. BRQDS-nın Abşeron rayonu üzrə qrup rəhbəri Z.Qasımov, mühəndislər Mahmudov Məhəbbət tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 aprel 2020-ci il tarixli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh aid Hökməli kəndində yerləşən ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 29 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 29 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 29 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2436 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/3979 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş abşeron rayonu, Hökməli qəsəbəsi, bina 0010, mənzil 5460 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xətti üzərində iki hissədə qaynaq yerləri vardır ki, həmin qaynaq yerlərində əvvəllər borucuq(ların) olması halı istisna edilmir. Daşıyıcı qaz xətti üzərində qeyd edilən borucuqların mövcud olduğu halda , həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazadan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin, yaxud digər abonenti həmin borucuq(lar) vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin, yaxud digər abonentin həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. İş materiallarında olan 30 iyun 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 10 oktyabr 2013-cü il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 34390 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehsalçı X1 fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir. cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacna müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, iddiaçı 03 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentaybr 2019-cu il tarizli ******* saylı akt əsasında 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30 dekabr 2019cu il tarixli ******* saylıı akt əsasında 295,20 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28 fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30 aprel 2020-ci il tarixli, ******* saylı akt əsasında 243,60 manat olmaqla, cəmi 1777,20 manat məbləğində pul vəsaitinin dənilməsini cavabdehdən tələb edir. İddiaçı tərəfindən qeyri-müəyyən şəraitdə qanunsuz qoşulmanı əks etdirən foto şəkillər çəkilmişdir. Məhkəmə tərəfindən qanunsuz qoşulmanın həyata keçirilib-keçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 29 mart 2021-ci il tarixli, 10/3979 saylı ekspert rəyi tərtib edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, baxış zamanı qaz sayğacından kənar təbii qazdan istifadə edilməsi aşkar edilməmişdir. Tədqiqatın əsasında o nəticəyə gəlinmişdir ki, Cavabdeh abonenti olduğu ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xətti üzərində 2 hissədə qaynaq yerləri vardır ki, həmin qaynaq yerlərində əvvəllər borucuqların olması halı istisna edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, ekspertiza tədqiqatı zamanı abonentin evinə gedən daşıyıcı qaz xətti üzərində iki hissədə qaynaqla bağlanmış borucuq olduğu müəyyən edilmişdir. Məlum məsələdir ki, abonentin evinə çəkilmiş daşıyıcı qaz xətti üzərində borucuğun olması hansı məqsədə xidmət etmək üçündür. Faktiki olaraq həmin borucuğun qaynaqla bağlanmış olması, qanunsuz qoşulma halının mövcud olmuş olmasını istisna etmir. Lakin vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyəti ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddəsin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təbbi ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa tərəflər arasında bağlanmış 10.10.2013-cü ildə 34390 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 03.06.2019-cu ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 11 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 1 il 3 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 03.06.2019-cu il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən qanunsuz qoşulmaya görə 1656 kubmetr itirilmiş qazın bərpası üçün 165,60 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa iş materilalarında cavabdehin 2020-ci ilin may, iyun və iyul ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 2.20 manat məbləğində debitor borcu vardır. Belə ki, həmin borc məbləğinin mövcudluğu abonentin saldosunda öz təsdiqini tapır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh akt əsasında 165,60 manat məbləğində borc, 2.20 manat məbləğində debitor borcu olmaqla ümumilikdə 167,80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 167,80 (bir yüz altmış yeddi manat, səksən qəpik)manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar