Məhkəmə qərarları › İş №2(001)-688/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-688/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-688/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 11.329,69 ABŞ dolları əsas, 11.660,61 ABŞ dolları faiz, 4.980,89 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları borc olmaqla, ümumilikdə 27.993,31 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixli, ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASCdən illik 29%-lə 36 ay müddətinə 12.740 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsinə əlavə saziş bağlanılaraq, kreditin qalıq məbləği 12.375,41 ABŞ Dolları müəyyən edilmiş, müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 Hüsynağa oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx xxxx 2019-cu il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 11.329,69 ABŞ dolları əsas, 11.660,61 ABŞ dolları faiz borcu, 4.980,89 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 22,12 ABŞ Dolları borc olmaqla, ümumilikdə 27.993,31 ABŞ Dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, kredit müqaviləsi üzrə kifayət qədər ödəniş edilməsinə baxmayaraq, yenə də borc məbləği şişirdilmişdir. O, yalnız hər ay 50 manat kreditin ödənilməsinə vəsait xərcləyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, həmçinin Cavabdeh3 çatdırılması üçün məhkəmə bildirişi X6 Hakimiyyətinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, №430006374 saylı kredit müqaviləsindən, müqaviləyə əlavədən və ödəniş cədvəlindən görünür ki, bank (kreditor) Cavabdeh1 (borc alan) illik 29% hesablanmaqla 36 ay müddətinə 12.740 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğində cərimə kimi illik 58 faiz dərəcəsi ilə, aylıq isə 4,83 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; xx xxxx 2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, tərəflərin razılaşmasına əsasən kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək müəyyən edilmişdir; İddiaçı ASC-nin Xəzər filialı ilə zaminlər Cavabdeh2, Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, №430006374/ZM saylı zaminlik müqaviləsindən və zaminlik müqaviləsinə əlavə olunmuş 1 saylı əlavədən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Zamin müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir; xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 12.740 ABŞ dolları məbləğində vəsait götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, №430006374 saylı ödəniş cədvəlindən görünür ki, bank (kreditor) Cavabdeh1 (borc alan) illik 29 faiz hesablanmaqla 51 ay müddətinə, aylıq ödəniş 424,74 ABŞ dolları, sonuncu ay 408,4 ABŞ dolları olmaqla 12.375,41 ABŞ dolları məbləğində borc müəyyən edilmişdir. İlk ödəniş tarixi xx xxx 2015-ci il, sonuncu ödəniş tarixi xx xxxx 2019-cu il olaraq müəyyən edilmişdir; İddiaçı ASC-nin borc alan və zaminlərə ünvanladığı xx xxxxxx 2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, borc alan və zaminlərə cədvəl üzrə ümumi məbləğin 3 gün ərzində ödənilməsi təklif olunmuş və qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, borc alan ilə Bank arasında bağlanmış kredit (zaminlik) müqaviləsinə xitam verilməsi məqsədi ilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir; xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxx 2019-cu il tarixində ləğv prosesində olan İddiaçı ASC tərəfindən qəbul edilmiş, qaimə nömrəsi 197124 olan ünvan 1 ünvanında olan, Cavabdeh1 məktub kuryer vasitəsilə xx xxxx 2019-cu il tarixində çatdırmaq üçün yollanmış, lakin ünvan bağlı olmuşdur; Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər-zaminlər Cavabdeh2 və Cavabdeh3 göndərilmiş xx xxxxxxxx 2019-cu il tarixli bildirişlərin surətlərindən görünür ki, cavabdehlərdən-zaminlərdən kredit müqaviləsi üzrə öhdəliklərin məhkəməyə müraciətdən əvvəl bank qarşısında 28.920,37 ABŞ dolları məbləğində gecikmiş borcun 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir; xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində ləğv prosesində olan İddiaçı ASC tərəfindən qəbul edilmiş, qaimə nömrəsi 207880 olan ünvan 2 ünvanında olan, Cavabdeh2 məktub kuryer vasitəsilə xx xxxxxxxx 2019-cu il tarixində çatdırmaq üçün yollanmış, lakin ünvan bağlı olmuşdur; xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində ləğv prosesində olan İddiaçı ASC tərəfindən qəbul edilmiş, qaimə nömrəsi 207873 olan ünvan 3 ünvanında olan, Cavabdeh3 məktub kuryer vasitəsilə xx xxxxxxxx 2019-cu il tarixində çatdırmaq üçün yollanmış, şəxsin ünvanda yaşamadığı qeyd edilmişdir; xx xxxx 2019-cuiltarixlimaliyyəarayışından görünürki, Cavabdeh1ləğv prosesində olan İddiaçı ASC-yəxx xxxxxx 2015-ciiltarixli, ********* saylıkredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə əsas məbləğ üzrə11.329,69 ABŞ dollar, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faiz üzrə 11.660,61 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 4.980,89 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 22,12 ABŞ dolları faiz, ümumilikdə isə 27.993,31 ABŞ dollar məbləğində borcuvardır. Müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 32246 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 20 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1088 saylı rəyindən görünür ki, iş materiallaında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə 11.570,06 ABŞ dolları, faiz borcu üzrə isə 6.480,41 ABŞ dolları, ümumilikdə 18.230,47 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir; xx xxxxxxx 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindəngörünürki, iddiaçıtərəfindənhazırkiiddiaərizəsininməhkəməyəverilməsiiləəlaqədarolaraq 30 manatdövlətrüsumuödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh1 Faiq oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, №430006374 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh1 Faiq oğluna illik 29 % hesablanmaqla 36 ay müddətinə 12.740 ABŞ dolları məbləğində kredit verilmişdir.İddiaçı ASC-nin Xəzər filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zaminlər borclu Cavabdeh1 Faiq oğlunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərlərinə götürmüşlər. İddiaçı ASCilə Cavabdeh1arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli Sazişə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndində göstərilən 36 ay kredit müddəti, həmin müqavilənin 2.3-cü bəndinə əsasən, xx xxxxxx 2017-ci il tarixədək təyin olunmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və onun banka təqdim edilmiş maliyyə arayışına əsasən 11.329,69 ABŞ dolları məbləğində əsas borcu, 11.660,61 ABŞ dolları məbləğində faiz borcu, 4.980,89 ABŞ dolları məbləğində cərimə borcu, 22,12 ABŞ dolları məbləğində xx xxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 27.993,31 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1088 saylı rəyinə əsasən isə cavabdehin kredit müqaviləsi üzrə banka olan borcu xx xxxxxx 2017-ci il tarixinə əsas borc üzrə 11.570,06 ABŞ dolları, faiz borcu üzrə 6.480,41 ABŞ dolları, ümumilikdə 18.230,47 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbininin cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, zamin müqaviləsinin 5.1.4-cü bəndində də qeyd olunmuşdur ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış müqavilə və əlavə sazişə əsasən kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək təyin olunmuş, yəni öhdəliyinin icrası vaxtı həmin tarixdə başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və ona görə də zaminlərə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Məhkəmə, ekspertinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının tələb etdiyi 11.329,69 ABŞ dolları məbləğində əsas borcu və ekspert rəyi ilə müəyyən edilmiş 6.480,41 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları məbləğində borc Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il, №430006374 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 4.980,89 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimə tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 11.329,69 ABŞ dolları məbləğində əsas borc, 6.480,41 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları məbləğində borc, ümumilikdə 17.932,22 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 19 (on doqquz) manatı cavabdehdən onun xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 165 manat məbləğində vəsaitin 105 manatı Cavabdeh1, 60 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 11.329,69 (on bir min üç yüz iyirmi doqquz dollar, altmış doqquz sent) ABŞ dolları məbləğində əsas, 6.480,41 (altı min dörd yüz səksən dollar, qırx bir sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları məbləğində borc, ümumilikdə 17.932,22 (on yeddi min doqquz yüz otuz iki dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ləğv prosesində olan İddiaçı X3 xeyrinə tutulsun. Cavabdeh1 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manatı cavabdehdən iddiaçı ləğv prosesində olan İddiaçı X3 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 165 (bir yüz altmış beş) manatın 105 (bir yüz beş) manatı Cavabdeh1, 60 (altmış) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar