Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6916/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki işə 15 dekabr 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2208,23 manat əsas, 1636,69 manat faiz, 158,84 manat cərimə, 298,84 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 4302,6 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30, ipoteka predmetinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., 34 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməməsinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6916/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6916/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver