Məhkəmə qərarları › İş №2(001)-6972/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6972/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6972/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh1 Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 217249.35 (iki yüz on yeddi min iki yüz qırx doqquz manat, 35 qəpik) manat - bundan 146505.03 (yüz qırx altı min beş yüz beş manat 03 qəpik) manat əsas, 70543.23 (yetmiş min beş yüz qırx üç manat 23 qəpik) manat faiz, 201.09 (iki yüz bir manat 09 qəpik) manat cərimə borcunun, cəmi 115221.79 (yüz on beş min iki yüz iyirmi bir dollar 79 sent) ABŞ dolları - bundan 88451.87 (səksən səkkiz min dörd yüz əlli bir dollar 87 sent) ABŞ dolları əsas, 26338.52 (iyirmi altı min üç yüz otuz səkkiz dollar 52 sent) ABŞ dolları faiz, 431.40 (dörd yüz otuz bir dollar 40 sent) ABŞ dolları cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fəxrəddin Şahbazov küçəsi, 31 saylı fərdi evə yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 110FX970 dövlət qeydiyyat nişanlı, sarı rəngli “Liebherr R924” markalı tırtıllı ekskavatora yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq, X5 "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Tağızadə ərizə təqdim edərək, barışıq sazişi bağladığını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Z.Abbasov barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan - 06.05.2014-cü il tarixli, 224-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 18 faizlə 235000 manat məbləğində kredit verilmişdir. - 04.03.2015-ci il tarixli, 12/5 USD saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 17 faizlə 93000 ABŞ dolları məbləğində kredit verilmişdir. - 23.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalan götürdüyü kredit borcunu kredit müddətinin bitdiyi tarixə, yəni 04.03.2018-ci il tarixə kimi ödəməli idi . - 25.10.2017-ci il tarixli maliyyə arayışından aydın olur ki, cəmi 217249.35 (iki yüz on yeddi min iki yüz qırx doqquz manat, 35 qəpik) manat - bundan 146505.03 (yüz qırx altı min beş yüz beş manat 03 qəpik) manat əsas, 70543.23 (yetmiş min beş yüz qırx üç manat 23 qəpik) manat faiz, 201.09 (iki yüz bir manat 09 qəpik) manat cərimə borcunun, cəmi 115221.79 (yüz on beş min iki yüz iyirmi bir dollar 79 sent) ABŞ dolları - bundan 88451.87 (səksən səkkiz min dörd yüz əlli bir dollar 87 sent) ABŞ dolları əsas, 26338.52 (iyirmi altı min üç yüz otuz səkkiz dollar 52 sent) ABŞ dolları faiz, 431.40 (dörd yüz otuz bir dollar 40 sent) ABŞ dolları cərimə borcu vardır. - 05.04.2014-cü il tarixli İP 224-14 nömrəli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fəxrəddin Şahbazov küçəsi, 31 saylı fərdi ev İddiaçı ASC-də mülkiyyətçı tərəfindən ipotekaya qoyulmuşdur. - 04.03.2015-ci il tarixli SİP 224-14 nömrəli sonrakı İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus 110FX970 dövlət qeydiyyat nişanlı, sarı rəngli “Liebherr R924” markalı tırtıllı ekskavator İddiaçı ASC-də mülkiyyətçı tərəfindən ipotekaya qoyulmuşdur. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 27.09.2021-ci il tarixli barışıq sazişinə əsasən tərəflər aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Həmçinin tərəflər məhkəməyə müraciət edərək arlarında bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. -191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. -261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bu Sazişlə bir tərəfdən X5 İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun (bundan sonra “İddiaçı” adlanacaq) Kreditlərin idarə edilməsi Departamentinin Problemli Kreditlərlə iş İdarəsinin rəisi X3 və digər tərəfdən Cavabdeh1 (bundan sonra “Cavabdeh”, birlikdə “Tərəflər” adlanacaq) öz aralarında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci və 191 -ci maddələrinə müvafiq olaraq hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 6972/2021 saylı mülki iş üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: - Bu Sazişin məqsədi “Tərəflər” arasında yaranmış mübahisənin qarşılıqlı razılıq və güzəştlər yolu ilə həll edilməsidir. - Bu Sazişin predmeti İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.05.2014-cü il tarixli, 224-14 AZN nömrəli və 04.03.2015-ci il tarixli, 12/58 USD nömrəli kredit müqavilələri üzrə borc məbləğinin ödənilməsinə dair tərəflər arasında yaranmış mübahisənin barışıq sazişi ilə yekunlaşdırılması və Tərəflər arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli, 005/B nömrəli “Saziş”in təsdiq edilməsidir. - “Tərəflər”ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildiyi və qərardad qanuni qüvvəsini aldığı andan qüvvəyə minir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar