Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-701/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron mobil nəzarət qurğusunun 2277,40(iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına keçirilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-541/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 13 yanvar 2022-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək, 01 ədəd elektron mobil qurğu (Attenti markalı), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd elektron qolbaq iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə olarkən izahatı alınmış, izahatında o, taksi ilə evə gedən zaman üzərində gəzdirdiyi elektron mobil qurğunun cibindən taksinin oturacağına düşdüyünü və itirdiyini bildirmişdir.Belə olan halda hesab edirlər ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu itirilmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini və maddi vəziyyəti ilə əlaqədar vurulmuş zərərin əvəzini ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini, maddi imkanı olmadığı üçün dəymiş ziyanı bir dəfəlik ödəyə bilmədiyini və hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 20 dekabr 2021-ci il tarixli Məhkəmənin hökmünün icrası barədə Göstərişin surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş Cavabdeh barəsində olan 20 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İddiaçı icra məmuru Nicat Bayramov tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 21-1/3-225 №-li məlumatın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barədə hökm və onun icrası barədə göstəriş icra məmuru tərəfindən qəbul edilmişdir. 13 yanvar 2022-ci il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə Protokolun surətindən görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasını hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 13 yanvar 2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə verilmiş iltizamdan görünür ki, o, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmü ilə ona təhkim olunmuş -01 dəst “Attenti” markalı elektron nəzarət vasitələrini qəbul etmişdir. Attenti” markalı elektron nəzarət vasitələrini zədələdikdə, itirildiyi və ya digər üsulla yarasız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən izah edilmişdir. İddiaçı icra məmuru X5 tərəfindən 11 iyul 2022-ci il tarixdə tərtib edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə Proktoldan görünür ki, məhkum Cavabdeh İddiaçınə çağırılmış, ona təhkim olunmuş elektron nəzarət vasitələrinə baxış keçirilmişdir.Yoxlama zamanı məhkumun dediyinə görə mobil qurğunu itirmişdir, həmin mobil qurğunu axtarır, tapmağa çalışır. Tapılmadığı halda yenisinin tətbiq edilməsi zərurəti yaranmışdır. İddiaçı icra məmuru X5 tərəfindən 28 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə Proktoldan görünür ki, məhkum Cavabdeh İddiaçınə çağırılmış, ona təhkim olunmuş elektron nəzarət vasitələrinə baxış keçirilmişdir.Yoxlama zamanı məhkumun elektron mobil qurğunu itirdiyi məlum olmuşdur. Məhkumdan yalnız elektron qolbaq götürülərək təhvil alınmış və yeni “Attenti” markalı nəzarət cihazları tətbiq edilmişdir. İddiaçı böyük icra məmuru X4, böyük icra məmuru X2, böyük icra məmuru X1, icra məmuru X3 və məhkum Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Aktın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmü ilə 02 il 12 gün müddətə azadlığının məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh təyin olunmuş cəzanın çəkilməsi məsələləri ilə əlaqədar nəzarət qaydasında İddiaçınə çağırılmışdır. Məhkum Cavabdeh ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan elektron mobil qurğunu itirdiyini bildirmişdir. "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-96-21 №-li məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında 1 ədəd sadə elektron qolbaqdan, 1 ədəd mobil nəzarət qurğusundan, 1 ədəd elektrik adapterindən və 1 ədəd proqram lisenziyasından ibarət sadə elektron qolbağın qiyməti 1930 manat və əlavə dəyər vergisi 347,40 manat olmaqla, ümumilikdə 2277,40 manat məbləğində pul vəsaiti nəzarət subyektindən tutulması üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-541/2021 saylı hökmünün icrası ilə əlaqədar məhkum Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsi sonuncu tərəfindən itirildiyindən, elektron nəzarət vasitəsinin itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və onun dəyəri olan 2277,40 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2.14-cü maddəsinə müvafiq olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+ 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilsin. Cavabdeh 42,77 (qırx iki manat 77 qəpik) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-701/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-701/2023
18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver