Məhkəmə qərarları › İş №2(001)-71/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-71/2023

14.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-71/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 vəkili X2, Cavabdeh1, onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsini (bundan sonra Binəqədi qəsəbə Bələdiyyəsi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdırdığı qapının ləğv edilməsi, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər tərəfindən tikilmiş hasarın sökülməsi, həmçinin iddiaçılara məxsus torpaq sahəsinin hasara alınması ilə bağlı tikinti işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən X4 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsi alğı-satqı qaydasında X1 mülkiyyətinə ayrılmışdır. Cəmilə Xəlilova 13 iyul 2020-ci il tarixli “baş etibarnamə”yə əsasən, həmin torpaq sahəsini İddiaçı1 istifadəsinə vermişdir. İddiaçı1 tərəfindən həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı ev tikilmiş, hazırda iddiaçılar həmin evdə yaşayırlar. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsinin 1740/1 saylı, 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi alğı-satqı qaydasında İddiaçı2 mülkiyyətinə ayrılmışdır. İddiaçılara məxsus torpaq sahəsi ilə bitişik torpaq sahəsində cavabdehlər yaşayırlar. Cavabdehlər özlərinə məxsus torpaq sahəsindən yola çıxış olmasına baxmayaraq, iddiaçıların icazəsi olmadan və iradələrinə zidd olaraq onların həyətyanı sahəsinə qapı qoymuşlar. Bundan başqa, cavabdehlər İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin tam qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmışlar. Həmçinin, iddiaçılar özlərinə məxsus torpaq sahəsini hasara almaq istəsələr də, cavabdehlər buna maneə yaradır, dava-dalaş salırlar. İddiaçılar cavabdehlərdən sadalanan qanunsuz hərəkətlərə son qoymalarını tələb etsələr də, cavabdehlər onlara məhəl qoymadıqlarından, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh1 vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, cavabdehin torpaq sahəsinin qarşısında olan ev yolun bir hissəsi olmaqla ümumi istifadədə olan torpaq sahəsidir, həmin ərazidən kanalizasiya və işıq xətləri keçir. Cavabdeh ərazidə yaşıllıq salmış, həmin hissənin ümumi istifadə xarakterinə xələl gətirməyən yaşıllaşdırma tədbirləri görmüşdür. İddiaçılar isə həmin əraziyə iddia etməklə, onların ümumi istifadə təyinatını pozaraq, ərazidəki yaşıllıqları məhv etmək niyyətindədirlər. Bundan əlavə, iddiaçılar özbaşına hərəkətləri ilə cavabdehin kanalizasiya xətlərindən istifadəsinə də maneə yaradırlar. Əraziyə iddiaçılar tərəfindən tikinti aparılması cəhdlərinin qarşısı Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri və polis tərəfindən alınmış, iddia ərizəsində qeyd edildiyinin əksi olaraq, cavabdehin həmin qanunsuz hərəkətlərə hər hansı müdaxiləsi olmamışdır. Bundan əlavə, iddiaçılar cavabdehin onların tikdiyi evin pəncərəsinin qarşısında hasar çəkdiyini və bu hasarın sökülməsini tələb edirlər. Həmin hasar pəncərələrin qarşısını tam şəkildə örtmür, yalnız iddiaçıların cavabdehin həyətinə baxmaq imkanlarını məhdudlaşdıracaq hündürlükdə çəkilmişdir. Cavabdeh mülkiyyətindən şəxsi toxunulmazlıq hüququ pozulmadan istifadə etmək üçün qonşunun qanunsuz olaraq onun həyətinə açılmış pəncərəsinin qarşısını, həyətinin görüntüsünü aradan qaldıracaq, eyni zamanda həmin şəxsin evinə gün işığı düşəcək şəkildə bağlamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçıların vəkili X6 iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, mütəxəssis rəyi ilə də sübut olunur ki, nə iddiaçılar, nə də cavabdehlər tərəfindən hər hansı torpaq sahəsinin zəbt edilməsi halı mövcud deyil. Həmçinin, həmin rəydə olan fotoşəkillərdən asanlıqla müəyyən etmək olur ki, cavabdehlərin inşa etdikləri hasar İddiaçı1 evinin pəncərəsinin önünü əhəmiyyətli dərəcədə kəsir, evə gün işığının düşməsinin, hava gəlməsinin qarşısını alır. Həmçinin, hasarın tikinti normalarına uyğun olmadığı da mütəxəssis rəyi ilə sübut olunur. Buna görə, hasar cavabdehlər tərəfindən sökülməli, beləliklə iddia bu hissədə təmin edilməlidir. İddianın digər hissəsinə münasibətdə isə, yenə mütəxəssis rəyi ilə sübut olunur ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı2 ayrılmış torpaq sahəsi sxemlə müəyyən edilmiş ərazidə yerləşir, sərhəddən kənara çıxma mövcud deyil. Cavabdehlər tərəfindən İddiaçı2 torpaq sahəsinə qanunsuz olaraq qapı alıması da fotoşəkillərlə müəyyən edilir. Qapının qarşısından magistral qaz kəməri keçir, bu da qapının qanunsuz olaraq açıldığını təsdiqləyir. Bundan başqa, cavabdehlər tərəfindən də iddiada göstərilənlər təkzib edilməmişdir. Yəni, onlar hasar inşa etməklə İddiaçı1 evinin pəncərəsinin önünü bağladıqlarını, həmçinin digər mübahisələndirilən torpaq sahəsinə qapı açdıqlarını inkar etmirlər. Cavabdehlər İddiaçı2 ayrılmış torpaq sahəsinin əslində başqa yerdə yerləşdiyini iddia etməklə, ona özünə aid torpaq sahəsini hasara almaqla maneələr törədir, hər dəfə ustalar işləyəndə dava-dalaş salırlar. Sonda T.B.Babayev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 vəkilinin izahatında göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirərək, izahatında göstərdi ki, onlar mütəxəssis rəyi ilə razı deyillər. Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi də məhkəmə iclasında izahatında göstərmişdir ki, həmin ərazidə 1 sot boş torpaq sahəsi var. İddiaçı2 özünün olmasını iddia etdiyi torpaq sahəsi nə iddiaçıların, nə də cavabdehlərin mülkiyyətində deyil. Həmin sahə yoldur, oradan elektrik, telefon, kanalizasiya xətti keçir. İddiaçı2 ayrılmış torpaq sahəsi tamam başqa yerdədir. Bundan da görünür ki, mütəxəsiss rəyi düzgün verilməmişdir. Qızlala tərəfindən ev inşa edilərkən ona ayrılmış torpaq sahəsindən 4 metr yola çıxılmış, beləliklə, kanalizasiya qovşağı Qızlalanın həyətində qalmışdır. Pəncərənin önünün bağlanması ilə bağlı fikirlərini isə iddiaya etirazda göstərmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, onların yaşadıqları evin yerləşdiyi torpaq sahəsi 2004-cü ildə Bələdiyyə sənədi ilə sahibliklərinə verilmiş, 2005-ci ildə orada ev inşa etmişlər. Sonradan İddiaçı1 özünə qonşuluqda yerləşən torpaq sahəsində ev tikdirmiş, evin bir pəncərəsini onun həyətinə baxan istiqamətdə qoymuşdur. O, arvadı Cavabdeh2 ilə birlikdə Qızlalaya bu barədə etirazlarını bildirdikdə, Qızlala həyətin hasarının hündürlüyünü qaldıracaqlarını bildirmişdir. Lakin, hasarı qaldırmadığından, o özü məcbur olub öz hasarını hündürləşdirmişdir. Hazırda hasarın hündürlüyü iddiaçının onun həyətini görməsini məhdudlaşdıracaq qədərdir. Yəni, iddiaçının evinə həm gün işığı düşür, həm havanın qarşısı alınmayıb. İddiaçı2 isə iddia etdiyi torpaq sahəsi onun və arvadı Cavabdeh2 birgə əməyi ilə yaşıllaşdırılmış, orada ağaclar əkilmişdir. Həmin torpaq sahəsi Abdullaya ayrılmış torpaq deyil. Çünki, oradan həm də kommunikasiya xətləri gedir. Sonda Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirib, iddianın rədd edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, o, bir dəfə mübahisəli sahədə olmuş, vəziyyətlə tanışdır. Tərəflərin yaşadıqları tikililərin yanında boş sahə də mövcuddur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Tədqiq edilən sübutlar: - Binəqədi qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı qaydasında X1 mülkiyyətinə ayrılmışdır. - X4 tərəfindən İddiaçı1 verilmiş 20 may 2017-ci il tarixli etibarnamədən görünür ki, X7 qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli, 754/1 saylı ssərəncamına əsasən, ona ayrılmış 600 kv.metr torpaq sahəsindən 150 kv.metr hissəsinin istifadəsi ilə bağlı istənilən hərəkətlə bütün sənədləşmə işləri aparmağı, üzərində tikinti işləri aparmağı, qanunvericiliklə nəzərdə tutulduğu halda 600 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki tikililəri mülkiyyətinə keçirməyi (özəlləşdirməyi) və s. hərəkətlər etməyi etibar etmiş, etibarnamə 69 il 8 ay 17 gün müddətinə verilmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 1740/1 saylı Sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 alğı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Məhkəmənin 02 noyabr 2021-ci il tarixli, 2(001)-7160/2021 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1740/1 saylı, 28 noyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı2 Binəqədi Qəsəbəsinin ərazisindən ayrılmış 100 kv.m. torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə hansı qaydada yerləşmişdir (ümumi sərhədi var, biri-birindən müəyyən məsafədə yerləşən torpaq sahələridir və sair)?

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamı ilə X3 (istifadə və sahibliklə bağlı İddiaçı1 etibarnamə verilmişdir) Binəqədi Qəsəbə ərazisindən ayrılmış 600 kv.m. torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə hansı qaydada yerləşmişdir (ümumi sərhədi var, biri-birindən müəyyən məsafədə yerləşən torpaq sahələridir və sair)?

3. İddiaçı2 və X3 (istifadə və sahibliklə bağlı İddiaçı1 etibarnamə verilmişdir) ayrılmış torpaq sahəsinin ölçüsü sənəd üzrə və faktiki olaraq eynidirmi, əgər faktiki olaraq azdırsa/artıqdırsa, azalmanın/artmanın (azalma/artma ölçüləri dəqiq göstərilməklə) səbəbləri nə ilə bağlıdır (həqiqətdə daha az/artıq ölçüdə ayrılıb, zəbt olunub, sərhəd zolağı sürüşüb və sair)?

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qapı real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edilmişdırmı (onun torpaq sahəsinə açılırmı), əgər real olaraq qarşısında inşa edilmişdirsə (onun torpaq sahəsinə açılırsa) həmin qapının mövcudluğu iddiaçılara hansı (havanın, işıqlandırmanın qabağını alır, hərəkətini məhdudlaşdırır, antisanitar şərait yaradır və s) maneələr yaradır?

5. X3 (istifadə və sahibliklə bağlı İddiaçı1 etibarnamə verilmişdir) ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş tikintinin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hasar iddiaçılara hər hansı (havanın, işıqlandırmanın qabağını alır, hərəkətini məhdudlaşdırır, antisanitar şərait yaradır və s) maneə yaradırmı?

6. 3-cü sual üzrə müəyyən edilmiş ölçülər əsas götürülməklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən hasar İddiaçı2 ayrılmış 100 kv.m. və X3 ayrılmış 600 kv.m. torpaq sahəsinin hüdudları daxilində inşa edilirmi, əgər inşa edilmirsə bu işlər nəticəsində iddiaçılar tərəfindən hansı ölçüdə, hansı şəxsə məxsus olan və cavabdehlərə münasibətdə hansı istiqamətdə yerləşən torpaq sahəsi zəbt edilmişdir? Qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim olunmadığı əsası ilə icrasız geri qaytarılmışdır. Məhkəmənin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-388/2022 saylı qərardadına əsasən, iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin müvafiq mütəxəssis rəyi ekspertizaya təqdim edilmədiyindən, qərardad icra edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 02-122/22 saylı mütəxəssis rəyində göstərilmişdir ki: 1-ci sual üzrə - Binəqədi qəsəbə Bələdiyyəsinin 1740/1 saylı, 28 noyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı2 Binəqədi qəsəbəsinin ərazisindən ayrılmış 100 kv.metr torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə yol zolağına paralel olaraq yerləşmişdir. H=2,4 metr hündürlükdə, L=13 metr uzunluğunda mişar daşı ilə hörülmüş ümumi sərhəd mövcuddur. Daş hasarın yola düşən hissəsi 100 kv.metr olmaqla (8x7x13 metr) İddiaçı2 ayrılmış torpaq sahəsidir. Hasarın arxa hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsidir. 2-ci sual üzrə - Binəqədi qəsəbə Bələdiyyəsinin 754/1 saylı, 18 mart 2004-cü il tarixli sərəncamı ilə X3 (istifadə və sahibliklə bağlı İddiaçı1 etibarnamə verilmişdir) Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsi biri digərinə münasibətdə yol zolağına perpendikulyar yerləşmişdir. Mişar daşı ilə hörülmüş ümumi sərhəd mövcuddur. İddiaçı1 etibarnamə əsasında verilmiş torpaq sahəsində fərdi yaşarış evi mövcuddur. Ev cavabdehin torpaq sahəsinə münasibətdə ümumi sərhəd olan daş hasara bitişikdir. Sözügedən ev ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsi arasında hazırda H=3 metr hündürlükdə daş hasar inşa edilmişdir. Hasar tikinti novma və qaydalarına uyğun olmayaraq hörülmüşdür. 3-cü sual üzrə - İddiaçı2 və X3 ayrılmış torpaq sahəsinin yerləşməsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təqdim edilmiş situasiya planına əsasən eynidir, üst-üstə düşür. Hər hansı artıb-azalma, zəbt mövcud deyildir. 4-cü sual üzrə - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qapı real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edilmişdir. Hazırda həmin qapı İddiaçı2 ayrılmış torpaq sahəsinə açılır. Həmin qapının mövcudluğu iddiaçıların torpaq sahəsi üzərindəki hərəkətini məhdudlaşdırır, gələcəkdə hər hansı inşaat işlərinin aparılmasına maneə törədir. Eyni zamanda, qapı önündən magistral qaz kəmərinin keçməsi qapının qeyri-qanuni açıldığına dəlalət edir. 5-ci sual üzrə - X3 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş tikintiyə - fərdi yaşayış evinə baxış keçirən zaman müəyyən edilmişdir ki, evin 2 yaşayış otağının pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 5 daş (1 metr) hündürlükdə hasar hörülmüşdür. Fotolardan göründüyü kimi, hasarın mövcudluğu yaşayış otaqlarında havalandırmanın, təbii işığın düşməsinin qarşısını alır, süni maneə yaradır. Bu hal tikinti norma və qaydalarına tamamilə ziddir. 6-cı sual üzrə - Yuxarıda qeyd edildiyi kimi, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təqdim edilmiş situasiya planına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış 100 kv.metr və X3 ayrılmış 600 kv.metr torpaq sahəsinin hüdudları daxilində və ya xaricində hər hansı bir iddiaçıya və yaxud cavabdehə məxsus torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasınin Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmənin qənaətinə irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. İddiaçılar mülkiyyətçi olmasalar da sözügedən torpaq sahəsindən faktiki istifadə etmələri işin mübahisəsiz halıdır. İddia tələbi “1.cavabdehlər tərəfindən iddiaçıların həyətyanı sahəsinə qapının açılması; 2. cavabdehlər tərəfindən İddiaçı1 istifadəsində olan torpaq sahəsinin üzərində tikdirdiyi yaşayış evinin pəncərələrinin qarşısında hasar tikdirərək İddiaçı1 yaşadığı evə gün işığı və hava gəlməsinə maneə yaratmaları; 3. Cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə maneələrin yaratmalırı”ndan ibarətdir. Qeyd olunan bu hallar "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 02-122/22 saylı mütəxəssis rəyində öz əksini tapmışdır. Belə ki, həmin rəydə “cavabdehlərin istifadə və sahibliyində olan torpaq sahəsi arasında hazırda H=3 metr hündürlükdə inşa edilmiş daş hasarın tikinti norma və qaydalarına uyğun olmayaraq inşa edildiyi(2-ci bənd), cavabdehlər tərəfindən inşa ediln qapının real olaraq İddiaçı2 ayrılmış torpaq sahəsinin qarşısında inşa edildiyi və onun mövcudluğunun iddiaçıların torpaq sahəsi üzərindəki hərəkətini məhdudlaşdırdığını və hər hansı inşaat işlərinin aparılmasına maneə törədiyi. (4-cü bənd), X3 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş evin 2 yaşayış otağının pəncərələrinin qarşısında cavabdehlər tərəfindən 5 daş (1 metr) hündürlükdə olan hasarın yaşayış otaqlarında havalandırmanın, təbii işığın düşməsinin qarşısının alınması(5-ci bənd).” qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş qeyd olunan qapı və hasar, habelə cavabdehlərin iddiaçıların istifadə etdiyi torpaq sahəsinin əslində başqa yerdə yerləşdiyinə əsaslanaraq onlar tərəfindən hər hansı inşaat işlərinin aparılmasına maneələrin yaradılması iddiaçıların hüquqlarını pozur. Cavabdehlərin etirazlarına münasibətdə məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda cavabdehlər istinad etdikləri dəlillərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər, etirazlarını ümumi ifadələrlə əsaslandırmışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdıqdıqları qapı cavabdehlərin hesabına ləğv edilməli, İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikdirdikləri hasar sökülməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahələrinin hasara alınmasına cavabdehlər X8 və Cavabdeh2 tərəfindən mane yaradılması qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən İddiaçı2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə açdıqdıqları qapı cavabdehlərin hesabına ləğv edilsin. İddiaçı1 istifadəsində və sərəncamında olan torpaq sahəsinin üzərində tikdirdiyi evin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikdirdikləri hasar sökülsün. İddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahələrinin hasara alınmasına cavabdehlər X8 və Cavabdeh2 tərəfindən mane yaradılması qadağan edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar