Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-711/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1334,31 manat məbləğində əsas borc və 800,75 manat məbləğində faiz borcu olmaqla, cəmi 2135,06 manat məbləğində borcun və 41,75 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 105804-445396/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 15.5 % dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx.xx.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1334,31 manat məbləğində əsas borcu və 800,75 manat faiz borcu olmaqla, ümumilikdə 2135,06 manat borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bankla razılaşmağa çalışsa da, bank ona borc məbləğinin tam ödənilməsini təklif etmişdir. Onun isə hal-hazırda borc məbləğini tam ödəmək imkanı yoxdur. Mülki iş üzrə keçirilmiş və məhkəməyə təqdim edilən ekspert rəyi ilə tam razıdır. Həmin borc məbləğini hissə-hissə ödəyəcək. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 15,5 % olmaqla 5500 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 21 fevral 2020-ci il, sonuncu ödəniş tarixi 21 avqust 2021-cü il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində 5500 manat məbləğində kredit verilmişdir.
7. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə 15 noyabr 2021-ci il tarixinə 1334,31 manat əsas borc, 800,75 manat faiz borcu olmaqla, 2135,06 manat məbləğində borc hesablanmışdır.
8. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli, 105/105/0528/2021 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcunu 17 iyul 2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
9. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2341 saylı, 25 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2020ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15 noyabr 2021-ci il tarixə banka olan əsas borcun 808,13 manat, faiz borcu 28,18 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
10. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4425 saylı, 25 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 105804-445396/2 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixədək banka 1228,64 manat əsas, 42,85 manat faiz borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
11. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 41,75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
12. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi bağlanmış, kredit alana şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 15,5 % olmaqla 5500 manat məbləğində borc vermiş, borc alan isə borcu qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür
13. Cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 2135,06 manat borc hesablanmışdır.
14. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
15. Borc məbləği ilə bağlı məhkəmənin təşəbbüsü ilə mühasibatlıq ekspertizası keçirilmişdir.
16. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2341 saylı, 25 aprel 2022-ci il tarixli ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15 noyabr 2021-ci il tarixə banka olan əsas borcu 808,13 manat, faiz borcu 28,18 manat məbləğində müəyyən edilmişdir.
17. Lakin iddiaçının nümayəndəsi ekspert tərəfindən tədqiqatın düzgün aparılmadığını bildirirərək, təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Ekspert rəyinin kifayət qədər aydın olmaması səbəbindən əlavə ekspertiza təyin edilməsinin zəruriliyinə görə məhkəmə tərəfindən mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilmişdir.
18. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4425 saylı, 25 iyul 2022-ci il tarixli ekspert rəyi ilə, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 105804- 445396/2 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixədək banka 1228,64 manat əsas, 42,85 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
19. Əlaavə məhkəmə-mühasibatlıq ekspertizası ilə təqdim edilən 9/4425 saylı, 25 iyul 2022-ci il tarixli ekspert rəyi tərəflər tərəfindən mübahisələndirilməmiş, cavabdeh ekspert rəyindəki məbləğ ilə razı olduğunu və borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
23. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
27. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
29. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
30. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
31. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2341 saylı, 25 aprel 2022-ci il tarixli ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15 noyabr 2021-ci il tarixə banka olan əsas borcu 808,13 manat, faiz borcu 28,18 manat məbləğində müəyyən edilmişdir.
32. Lakin məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, ekspert tərəfindən rəy verilərkən, hesaba mədaxil edilən ödənişlə məxaric edilən ödənişə düzgün qiymət verilməmiş, həmçinin Cavabdeh tərəfindən edilən ödənişlər ekspert tərəfindən yalnız əsas və faiz borcundan silinmişdir.
33. Bu səbəbdən məhkəmə tərəfindən mülki iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4425 saylı, 25 iyul 2022-ci il tarixli ekspert rəyi alınmışdır. Alınan rəy tərəflər tərəfindən mübahisələndirilməmişdir.
34. Rəydən görünür ki, ekspert Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 105804-445396/2 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixədək banka 1228,64 manat əsas, 42,85 manat faiz borcunun olduğu müəyyən etmişdir. .
35. Odur ki, məhkəmə, Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4425 saylı, 25 iyul 2022-ci il tarixli ekspert rəyinə mötəbər sübut kimi yanaşır.
36. Hazırda iddiaçı cavabdehdən əsas borca görə 1334,31 manat, faiz borcuna görə 800,75 manat olmaqla, ümumilikdə 2135,06 manat məbləğində pulun tutulmasını xahiş edir.
37. Lakin ekspertiza tədqiqati nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə 15 noyabr 2021-ci il tarixə banka 1228,64 manat əsas, 42,85 manat faiz borcu vardır.
38. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspertiza tədqiqatının nəticəsinə uyğun olaraq müəyyən edilməlidir. Yəni Cavabdeh 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 1228,64 manat, faiz borcu üzrə 42,85 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
44. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 fevral 2020-ci il tarixli 105804- 445396/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1228,64 manat, faiz borcuna görə 42,85 manat olmaqla, ümumilikdə 1271,49 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
45. Eyni zamanda iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 2 manatı iddiaçıya aid edilməli, 39.75 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
46. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 5 manatı İddiaçı ASC-dən, 95 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************)
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 21 fevral 2020-ci il tarixli 105804-445396/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1228,64 manat, faiz borcuna görə 42,85 manat olmaqla, ümumilikdə 1271,49 (bir min iki yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39.75(otuz doqquz manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 5(beş) manatı İddiaçı ASC-dən, 95(doxsan beş) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev