Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7114/2020 08.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı xx.xx.2020-ci il tarixdə Bakı şəhərinin Səbail rayonu Nefçilər prospekti ilə öz şəxsi “X2” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman avtoqəza baş vermişdi. Hadisə yerinə DYP nümayəndələri və qəzaya səbəbkar şəxsin, yəni X3 oğlunun müqavilə bağladığı Standart Sığorta Şirkəti ləğv prosesində olduğuna görə şirkətin hüquqi varisi olan İcbari Sığorta Bürosunun nümayəndələri baxış keçirmişdi. Bundan sonra İddiaçı avtomobilinə dəymiş zərərin qarşılanması üçün DYP tərəfindən tərtib olunmuş nəqliyyat vasitələrinin zədələnməsi barədə 038381 saylı xx.xx.2020 tarixli Arayışı İSB-yə təqdim etmişdir və Şevrolet servis mərkəzinin ilkin qiymətləndirmə məbləğini bildirmişdir. Lakin İcbari Sığorta Bürosu bildirmişdir ki, Azərbayan Respublikasının Sığorta haqqında qanununa görə dəymiş zərərin yalnız 38%-ni odəyə bilərlər. Beləliklə İddiaçı qəza nəticəsində avtomobilinə dəymiş 2350 manat 56 qəpik məbləğdə zərərin qarşılanması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin formasına və məzmununa əməl edilməmişdir. -149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. -149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. -152-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilməlidir. Qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə isə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda sadalanan normalara əsasən “dəymiş ziyanın ödənilməsi” barədə tələb iddia icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə müraciət edən şəxs iddia ərizəsi formasında müraciət etməlidir. Ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia ərizəsi formasında deyil, ərizə formasında müraciət etmişdir. Həmçinin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmununa qoyulan tələblərə uyğun olmalıdır. Bununla da, məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-7114/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7114/2020
08.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver