Məhkəmə qərarları › İş №2(001)-7140/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7140/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7140/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Samsung Led TV, döşək – Tekstil – SG – Sarvagelli Döşək, yastıq – Tekstil SG – yay-qış yastığı 2 ədəd, yorğan – Tekstil – SG – sintifon yorğan, ədyal tüklü, İMEİ kodu **********49871 Samsung Galaxy A12 markalı telefon və ətçəkən Hoffmann almış və nəticədə 1213 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 967.92 manat (yəni 24 ay x 40.33 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led TV üçün ümumilikdə 621 manat olmaqla, ondan 564.16 manat ödənilməmiş hissə, 56.84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 589.92 manat (yəni 24 ay x 24.58 manat + 0 manat ilkin ödəniş) olan döşək – Tekstil – SG – Sarvagelli Döşək, yastıq – Tekstil SG – yay-qış yastığı 2 ədəd, yorğan – Tekstil – SG – sintifon yorğan və ədyal tüklü üçün ümumilikdə 360 manat olmaqla, ondan 327.44 manat ödənilməmiş hissə, 32.56 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 474.9 manat (yəni 15 ay x 31.66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49871 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 155 manat olmaqla, ondan 140.24 manat ödənilməmiş hissə, 14.76 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 144 manat (yəni 18 ay x 8 manat + 0 manat ilkin ödəniş) olan ətçəkən Hoffmann üçün ümumilikdə 77 manat olmaqla, ondan 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1074.9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 564.16 manat ödənilməmiş hissə, 56.84 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən döşək – Tekstil – SG – Sarvagelli Döşək, yastıq – Tekstil SG – yay-qış yastığı 2 ədəd, yorğan – Tekstil – SG – sintifon yorğan və ədyal tüklü üçün 327.44 manat ödənilməmiş hissə, 32.56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49871 Samsung Galaxy A12 markalı telefon üçün 140.24 manat ödənilməmiş hissə, 14.76 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ətçəkən Hoffmann üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1213 manat borcun və 32.13 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə döşək – Tekstil – SG – Sarvagelli Döşək, yastıq – Tekstil SG – yay-qış yastığı 2 ədəd, yorğan – Tekstil – SG – sintifon yorğan və ədyal tüklü, Samsung Led TV, Hoffmann ətçəkən, İMEİ kodu **********49871 Samsung Galaxy A12 markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 564.16 manat ödənilməmiş hissə, 56.84 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən döşək – Tekstil – SG – Sarvagelli Döşək, yastıq – Tekstil SG – yay-qış yastığı 2 ədəd, yorğan – Tekstil – SG – sintifon yorğan və ədyal tüklü üçün 327.44 manat ödənilməmiş hissə, 32.56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49871 Samsung Galaxy A12 markalı telefon üçün 140.24 manat ödənilməmiş hissə, 14.76 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Hoffmann ətçəkən üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1213 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 564.16 manat ödənilməmiş hissə, 56.84 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 327.44 manat ödənilməmiş hissə, 32.56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 140.24 manat ödənilməmiş hissə, 14.76 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1213 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 564.16 manat ödənilməmiş hissə, 56.84 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 327.44 manat ödənilməmiş hissə, 32.56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 140.24 manat ödənilməmiş hissə, 14.76 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1213 (min iki yüz on üç) manat borc və 32.13 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar