Məhkəmə qərarları › İş №2(001)-7151/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7151/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7151/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 5733,34 manat, 24.08.2021-ci il tarixinə faiz borcu üzrə 1418,63 manat, cəmi 7151,97 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2019-cu il tarixli, 1**-AF-*** №-li kredit müqaviləsinə əsasən ona illik 26 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasənkredit 24 ay müddətinə verilmişdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 5733,34 manat, 24.08.2021-ci il tarixə faiz borcu üzrə 1418,63 manat cəmi 7151,97 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 yuxarda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş, onunla bank arasında 26 aprel 2019-cu il tarixli, 1**-AF-***/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 yuxarıda qeyd olunan kredi müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bak arasında 26 aprel 2019-cu il tarixli, 1**-AF-***/ZM №-li zaminlik müqaviləsi ağlanmışdır. Kredit müqaviləsi üzrə borc axırıncı dəfə 24.06.2021-ci il tarixdə cəmi 632 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında müasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehdə xəbərdarlıq edilsə də, kredit müqaviləsinin şərtləri yeriə yetirilməmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, digər cavabdehlər Elnur və İlkin onun iş yoldaşlarıdır. Borc məbləğini qəbul edir. Ölkədəki pandemiya şəraitinə görə 2 il işləmədiyindən borc məbləğini ödəyə bilməmişdir. Özü məktəb ləvazimatları satışı ilə məşğuldur. Borc onun özünə aiddir və yalnız ondan tutulmalıdır. Həmçinin faiz məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank Cavabdeh1 24 ay müddətinə, aylıq ödəniş 538,75 manat olmaqla, illik 26 % ödəmək şərtilə 10000 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 27 may 2019-cu il, sonuncu ödəniş tarixi 26 aprel 2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin-Cavabdeh2 arasında bağlanan 26 aprel 2019-cu il tarixli 1**-AF-***/ZM zaminlik müqaviləsindən görünür ki, borcalan 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və / və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini öz üzərinə götürür. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin-Cavabdeh3 arasında bağlanan 26 aprel 2019-cu il tarixli 1**-AF-***/ZM zaminlik müqaviləsindən görünür ki, borcalan 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və / və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini öz üzərinə götürür. İddiaçı ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh1 Bankla bağladığı 26.04.2019-cu il tarixli kedit müqaviləsi üzrə 26.08.2021-ci il tarixinə əsas borca görə 5733,34 manat, faiz borcuna görə 1418,63 manat borcu vardır. Son ödəniş 24.06.2021-ci il tarixində 632 manat məbləğində edilmişdir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişdən görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğini 3 iş günü müddətində ödənilməsi əks təqdirdə kredit müqaviləsinə xitam verilməsi, bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 06.09.2021-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq ödəniş 538,75 manat olmaqla, illik 26 % ödəmək şərtilə 10000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank, borcalan Cavabdeh1 və zamin-Cavabdeh2 Xudayar oğlu arasında 26 aprel 2019-cu il tarixli, 1**-AF-*** saylı zaminlik müqaviləsi və, bank borcalan Cavabdeh1 və zamin-Cavabdeh3 arasında 26 aprel 2019-cu il tarixli 1**-AF- ***/ZM zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh2 Xudayar oğlu və Cavabdeh3 borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərlərinə götürmüşdürlər. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir, borcalan öhdəliyini pozduğunu və borcunun olduğunu qəbul edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə borclunun uzun müddət öhdəliyini icra etməməsini onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək hesab edir ki, kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ əsaslı hesab edilməlidir. İş materiallarında olan maliyyə arayışı ilə də sübut olunur ki, müqavilə üzrə borc mövcuddur. Həmçinin borclunun özü də məhkəmə iclasında kredit müqaviləsi üzrə borcunun olduğunu təsdiq etmişdir. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh2 Xudayar oğlu və Cavabdeh3 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas və faiz borcuna münasibətdə qeyd edir ki, əsas və faiz borcu bank tərəfindən məhkəməyə təqdim edilən 26.08.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 26.08.2021-ci il tarixə 5733,34 manat əsas, 1418,63 manat faiz borcu olmaqla, ümumilikdə 7151,97 manat məbləğində borcu vardır. Məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə əsas borca görə 5733,34 manat, faiz borcuna görə 1418,63 manat olmaqla, ümumilikdə 7151,97 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26.04.2019-cu il tarixli, 1**-AF-*** saylı kredit müqaviləsi üzrə əsas borca görə 5733,34 (beş min yeddi yüz otuz üç manat, otuz dörd qəpik) manat, faiz borcuna görə 1418,63 (bir min dörd yüz on səkkiz manat, altmış üç) manat olmaqla, ümumilikdə 7151,97 (yetmiş bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar