Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7226/2024 29.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən VİNİL MAT, VİNİL ŞƏFFAFF, PLYGNKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********77115 OPPO A18 markalı telefon üçün 415.5 (dörd yüz on beş manat əlli qəp) manat ödənilməmiş hissə, 41.5 (qırx bir manat əlli qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, imei kodu **********18340 XİAOMİ POCO X5 PRO 5G markalı telefon üçün 313.73 (üç yüz on üç manat yetmiş üç qəp) manat ödənilməmiş hissə, 31.27 (otuz bir manat iyirmi yeddi qəp) manat cərimə borcu olmaqla, ümumilikdə 802 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, VİNİL MAT, VİNİL ŞƏFFAFF, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********77115 OPPO A18 markalı telefon, imei kodu **********18340 XİAOMİ POCO X5 PRO 5G markalı telefon almış və nəticədə 802 (səkkiz yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 440.64 (dörd yüz qırx manat altmış dörd qəp) manat (18 ay x 24.48 manat + 0 manat ilkin ödəniş) VİNİL MAT, VİNİL ŞƏFFAFF, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********77115 OPPO A18 markalı telefon üçün ümumilikdə, 457 (dörd yüz əlli yeddi) manat olmaqla ondan, 415.5 (dörd yüz on beş manat əlli qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.5 (qırx bir manat əlli qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1178.04 (min yüz yetmiş səkkiz manat dörd qəpik) manat (12 ay x 98.17 manat + 0 manat ilkin ödəniş) imei kodu **********18340 XİAOMİ POCO X5 PRO 5G markalı telefon üçün ümumilikdə, 345 (üç üyz ıqrx beş) manat olmaqla ondan, 313.73 (üç yüz on üç manat yetmiş üç qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.27 (otuz bir manat iyirmi yeddi qəp) manat cərimə. Cəmi ödədiyi məbləğ 889.45 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 440,64 manat olan VİNİL MAT, VİNİL ŞƏFFAFF, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********77115 OPPO A18 markalı telefona ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 24,48 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 1178,04 manat olan imei kodu **********18340 XİAOMİ POCO X5 PRO 5G markalı markalı telefona ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 98,17 manat ödəmək şərti ilə kreditlə almışdır. - 04 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə 415.5 manat ödənilməmiş hissə, 41.5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 313.73 manat ödənilməmiş hissə, 31.27 manat cərimə borcu olmaqla, ümumilikdə 802 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. İşin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edirəm ki, iddia təmin edilməli, 415.5 manat ödənilməmiş hissə, 41.5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 313.73 manat ödənilməmiş hissə, 31.27 manat cərimə borcu olmaqla, ümumilikdə 802 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də hesab edirəm ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə 415.5 manat ödənilməmiş hissə, 41.5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 313.73 manat ödənilməmiş hissə, 31.27 manat cərimə borcu olmaqla, ümumilikdə 802 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-7226/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7226/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver