Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7233/2023 29.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Apple Watch 7 qol saatı, 2 ədəd Nevresim üçün, 335 (üç yüz otuz beş) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İnvısta xalça, 3 ədəd Pandora xalça üçün 286 (iki yüz səksən altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Nevresim Takımı, 4 ədəd Nevresim üçün 278.4 (iki yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 3 ədəd Nevresim Takım, 3 ədəd Nevresim üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə pulu;xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 5 ədəd Nevresim üçün 82.7 (səksən iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 8.3 (səkkiz manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Stul - Uiliam üçün 76.6 (yetmiş altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 7.4 (yeddi manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 3 ədəd Saklama Kabı, 6 ədəd Kulplu Tabak, 12 ədəd Tabak, 12 ədəd Dikdörtgen Tabak, 5 ədəd Kahvaltılık, 1 ədəd Terlik üçün 74.8 (yetmiş dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1449 manat borc və 34.49 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il il tarixlərindəki müqavilələrinə əsasən, Apple Watch 7 qol saatı, 2 ədəd Nevresim, İnvısta xalça, 3 ədəd Pandora xalça, 2 ədəd Nevresim Takımı, 4 ədəd Nevresim, 3 ədəd Nevresim Takım, 3 ədəd Nevresim, 5 ədəd Nevresim, Stul - Uiliam, 3 ədəd Saklama Kabı, 6 ədəd Kulplu Tabak, 12 ədəd Tabak, 12 ədəd Dikdörtgen Tabak, 5 ədəd Kahvaltılık, 1 ədəd Terlik almış və nəticədə 1449 (bir min dörd yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1561.6 (bir min beş yüz altmış bir manat altmış qəpik) manat (18 ay x 81.2 manat + 100 manat ilkin ödəniş) olan Apple Watch 7 qol saatı, 2 ədəd Nevresim üçün 368 (üç yüz altmış səkkiz) manat olmaqla ondan, 335 (üç yüz otuz beş) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 999 (doqquz yüz doxsan doqquz) manat (18 ay x 55.5 manat + 0 manat ilkin ödəniş) olan İnvısta xalça, 3 ədəd Pandora xalça üçün 314 (üç yüz on dörd) manat olmaqla ondan 286 (iki yüz səksən altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 867.6 (səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat (18 ay x 48.2 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Nevresim Takımı, 4 ədəd Nevresim üçün 306 (üç yüz altı) manat olmaqla ondan 278.4 (iki yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 871.59 (səkkiz yüz yetmiş bir manat əlli doqquz qəpik) manat (17 ay x 51.27 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd Nevresim Takım, 3 ədəd Nevresim üçün 204 (iki yüz dörd) manat olmaqla ondan 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556.2 (beş yüz əlli altı manat iyirmi qəpik) manat (18 ay x 30.9 manat + 0 manat ilkin ödəniş) olan 5 ədəd Nevresim üçün 91 (doxsan bir) manat olmaqla ondan 82.7 (səksən iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 8.3 (səkkiz manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 252 (iki yüz əlli iki) manat (24 ay x 10.5 manat + 0 manat ilkin ödəniş) Stul - Uiliam üçün 84 (səksən dörd) manat olmaqla ondan 76.6 (yetmiş altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 7.4 (yeddi manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 385.2 (üç yüz səksən beş manat iyirmi qəpik) manat (18 ay x 21.4 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd Saklama Kabı, 6 ədəd Kulplu Tabak, 12 ədəd Tabak, 12 ədəd Dikdörtgen Tabak, 5 ədəd Kahvaltılık, 1 ədəd Terlik üçün 82 (səksən iki) manat olmaqla ondan 74.8 (yetmiş dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4173.69 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023- cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli, №1586252 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişlə Apple Watch 7 qol saatı, 2 ədəd Nevresim almış və 18 ay müddətinə ayda 81,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 05 fevral 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №1586252 saylı müqaviləyə əsasən Apple Watch 7 qol saatı və 2 ədəd Nevresimi tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, №02991300 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz İnvısta xalça, 3 ədəd Pandora xalça almış almış və 18 ay müddətinə ayda 55,5 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №02991300 saylı müqaviləyə əsasən İnvısta xalça, 3 ədəd Pandora xalçanl tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, №03851160 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz 2 ədəd Nevresim Takımı, 4 ədəd Nevresim almış və 18 ay müddətinə ayda 48,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 09 fevral 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №03851160 saylı müqaviləyə əsasən 2 ədəd Nevresim Takımı, 4 ədəd Nevresimi tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2022-ci il tarixli, №0340798 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz 3 ədəd Nevresim Takım, 3 ədəd Nevresim almış və 17 ay müddətinə ayda 51,27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 06 fevral 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №0340798 saylı müqaviləyə əsasən 3 ədəd Nevresim Takım, 3 ədəd Nevresimi tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2022-ci il tarixli, №03851134 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz 5 ədəd nevresim almış və 18 ay müddətinə ayda 30,9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 06 fevral 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №03851134 saylı müqaviləyə əsasən 5 ədəd nevresimi tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, №02991299 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz uiliam markalı stul almış və 24 ay müddətinə ayda 10,5 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №02991299 saylı müqaviləyə əsasən uiliam markalı stulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, №02991297 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz 3 ədəd Saklama Kabı, 6 ədəd Kulplu Tabak, 12 ədəd Tabak, 12 ədəd Dikdörtgen Tabak, 5 ədəd Kahvaltılık, 1 ədəd Tərlik almış və 18 ay müddətinə ayda 21,4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №02991297 saylı müqaviləyə əsasən 3 ədəd Saklama Kabı, 6 ədəd Kulplu Tabak, 12 ədəd Tabak, 12 ədəd Dikdörtgen Tabak, 5 ədəd Kahvaltılık, 1 ədəd Tərlik kimi məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır 04 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 335 manat əsas, 33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 286 manat əsas, 51 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 458,9 manat əsas, 28 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 278,4 manat əsas, 27,6 manat faiz, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 186 manat əsas, 18 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 82,7 manat əsas, 8,3 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 76,6 manat əsas, 7,4 manat faiz, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 74,8 manat əsas, 7,2 manat cərimə borcu olmaqla, ümumilikdə 7 müqavilə üzrə 1449 manat borcu vardır. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş əks halda müqavilələrin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsi verilərkən 34,49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 7 müxtəlif tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. 05 fevral 2022-ci il tarixli, №1586252 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə ayda 81,2 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 29 yanvar 2022-ci il tarixli, №02991300 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə ayda 55,5 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 09 fevral 2022-ci il tarixli, №03851160 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə ayda 48,2 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 06 fevral 2022-ci il tarixli, №0340798 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 17 ay müddətinə ayda 51,27 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 06 fevral 2022-ci il tarixli, №03851134 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə ayda 30,9 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 29 yanvar 2022-ci il tarixli, №02991299 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 24 ay müddətinə ayda 10,5 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 29 yanvar 2022-ci il tarixli, №02991297 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə ayda 21,4 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı iddia ərizəsi verilərkən 34,49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 335 manat, cərimə borcuna görə 33 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 286 manat, cərimə borcuna görə 28 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 278,4 manat, cərimə borcuna görə 27,6 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borcuna görə 186 manat, cərimə borcuna görə 18 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 82,7 manat, cərimə borcuna görə 8,3 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 76,6 manat, cərimə borcuna görə 7,4 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 74,8 manat, cərimə borcuna görə 7,2 manat, olmaqla, ümumilikdə 1449 (bir min dörd yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 34,49 (otuz dörd manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 335 manat, cərimə borcuna görə 33 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 286 manat, cərimə borcuna görə 28 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 278,4 manat, cərimə borcuna görə 27,6 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borcuna görə 186 manat, cərimə borcuna görə 18 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 82,7 manat, cərimə borcuna görə 8,3 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 76,6 manat, cərimə borcuna görə 7,4 manat, xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 74,8 manat, cərimə borcuna görə 7,2 manat, olmaqla, ümumilikdə 1449 (bir min dörd yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 34,49 (otuz dörd manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7233/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7233/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver