Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7291/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********60754 olan “İPhone X” markalı telefon üçün 640 manat məbləğində əsas, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən Elari qulaqcıq üçün 60 manat məbləğində əsas, 08.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********62767 olan “İphone 11” markalı telefon, Baseus qoruyucu örtük üçün 1.530 manat məbləğində əsas, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********64050 olan “Xiaomi Mi 9 Lite” markalı telefon, X6 qoruyucu üzlük, Viva Madrid qoruyucu örtük, Elari qulaqcıq üçün 241,70 manat məbləğində əsas, 27.03.2020-ci il tarixli müqaviləyə əsasən Dell İnspiron notebook, Panasonic müsiqi mərkəzi, Logitech klaviatura, Mouse, Lenovo Notebook çantası üçün 2.263,20 manat məbləğində əsas, ümumilikdə 4.734,90 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya əsas borcu ilə yanaşı xeyli məbləğdə cərimə borcu da yaranmışdır. Lakin iddiaçı bu hissədə cavabdehə güzəşt edərək, ondan hər hansı məbləğdə cərimə borcu tələb etmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və bu səbəbdən bir müddət ödəniş etmək imkanı olmamışdır. Hazırda isə işsizdir və maddi imkansızlığı səbəbindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmir. İddia üzrə tələb edilən borc məbləği ilə də razılaşmır. Hesab edir ki, oun borcu yenidən hesablanmalı və ona real borcun ödənilməsi üçün vaxt verilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.02.2019-cu il, 09.10.2019-cu il, 08.11.2019-cu il, 11.01.2020-ci il və 27.03.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 3.306 manat olan “İphone X” markalı telefon, alqı-satqı qiyməti 120 manat olan Elari qulaqcıq, alqı-satqı qiyməti 3.140 manat olan “İphone 11” markalı telefon, Baseus qoruyucu örtük, alqı-satqı qiyməti 975,60 manat olan “Xiaomi Mi 9 Lite” markalı telefon, X6 qoruyucu üzlük, Viva Madrid qoruyucu örtük, Elari qulaqcıq, alqı-satqı qiyməti 2.263,20 manat olan Dell İnspiron notebook, Panasonic müsiqi mərkəzi, Logitech klaviatura, Mouse, Lenovo Notebook çantası almış, həmin əşyaların dəyərini müqavilələrinin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi (müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərinin 2-ci bəndi) barədə öhdəlik götürmüşdür. Müqavilələrin predmeti olan həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində müqavilələr üzrə cəmi 5.069,90 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun həmin müqavilələr üzrə borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun qısa bir zamanda ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdehin 18.02.2019-cu il tarixli müqaviləyə əsasən 640 manat məbləğində əsas, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən 60 manat məbləğində əsas, 08.11.2019-cu il tarixli müqaviləyə əsasən 1.530 manat məbləğində əsas, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən 241,70 manat məbləğində əsas, 27.03.2020-ci il tarixli müqaviləyə əsasən 2.263,20 manat məbləğində əsas borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edilir. Eyni zamanda, iddiaçı tərəf həmin müqavilələr üzrə cavabdehin cərimə borcunun da yarandığını, lakin cavabdehə edilmiş güzəşt nəticəsində bu məbləğin ondan tələb edilmədiyini bildir. Cavabdeh iddianı qəbul etmir, hesab edir ki, oun borcu yenidən hesablanmalı və ona real borcun ödənilməsi üçün vaxt verilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18.02.2019-cu il tarixli, 09.10.2019-cu il tarixli, 08.11.2019-cu il tarixli, 11.01.2020-ci il tarixli və 27.03.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı həmin müqavilələrinin predmeti olan və yuxarıda göstərilən əşyaları onların dəyərini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyalarının qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrinin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, müqavilələr üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, 18.02.2019-cu il tarixli müqaviləyə əsasən 640 manat məbləğində əsas, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən 60 manat məbləğində əsas, 08.11.2019-cu il tarixli müqaviləsinə əsasən 1.530 manat məbləğində əsas, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən 241,70 manat məbləğində əsas, 27.03.2020-ci il tarixli müqaviləyə əsasən 2.263,20 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə borc tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18.02.2019-cu il tarixli müqavilə üzrə 640 manat məbləğində əsas borc, 09.10.2019-cu il tarixli müqavilə üzrə 60 manat məbləğində əsas borc, 08.11.2019-cu il tarixli müqavilə üzrə 1.530 manat məbləğində əsas borc, 11.01.2020-ci il tarixli müqavilə üzrə 241,70 manat məbləğində əsas borc, 27.03.2020-ci il tarixli müqavilə üzrə 2.263,20 manat məbləğində əsas borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18.02.2019-cu il tarixli müqavilə üzrə 640 (altı yüz qırx) manat məbləğində əsas borc, 09.10.2019-cu il tarixli müqavilə üzrə 60 (altmış) manat məbləğində əsas borc, 08.11.2019-cu il tarixli müqavilə üzrə 1.530 (bir min beş yüz otuz) manat məbləğində əsas borc, 11.01.2020-ci il tarixli müqavilə üzrə 241,70 (iki yüz qırx bir manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 27.03.2020-ci il tarixli müqavilə üzrə 2.263,20 (iki min iki yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində əsas borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-7291/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7291/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver