Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-730/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3767,82 manat əsas borc, 445,15 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4212,97 manat borcun və 62,13 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə, 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 10.03.2021-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 10.01.2021-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.10.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 banka 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3767,82 manat əsas borc və 445,15 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4212,97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3767,82 manat əsas borc və 445,15 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4212,97 manat borcun və 62,13 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin 27 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizələr ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qismən qəbul etdiklərini və faiz borcunu qəbul etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" X2 ilə Cavabdeh1 arasında illik 25% olmaqla 24 ay müddətə cavabdehə 10.000 (on min) manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinə 1 saylə əlavədən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 416,67 manat olmaqla, 24.07.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 24.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsinə 15.07.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, "xxxx" X2 ilə Cavabdeh1 bağlanmış müqavilə üzrə kreditin müddəti 15.10.2021-ci il tarixədək uzadılmış, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2 (iki) ay müəyyən edilmişdir. İş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsinə 10.03.2021-ci il tarixli Əlavə Sazişdən görünür ki, "xxxx" X2 ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsi üzrə kreditin müddəti 10.01.2022-ci il tarixədək uzadılmış, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 (bir) ay müəyyən edilmişdir. İş materiallarında olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 516,19 manat olmaqla, 10.01.2022-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 zamin duraraq 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Zaminlik müqaviləsinə 15.07.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh2 "xxxx" ASC ilə 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsi üzrə kreditin müddətinin 15.10.2021-ci il tarixədək uzadılması və müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddətinin 2 (iki) ay müəyyən edilməsinə dair razılığa gəlmişdir. İş materiallarında olan 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Zaminlik müqaviləsinə 10.03.2021-ci il tarixli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh2 İddiaçı ASC ilə 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsi üzrə kreditin müddətinin 10.01.2022-ci il tarixədək uzadılması və müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddətinin 1 (bir) ay müəyyən edilməsinə dair razılığa gəlmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.07.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 29.10.2021-ci il tarixədək hesablanmış 3767,82 manat əsas borc və 445,15 manat faiz borcu olmaqla, cəmi 4212,97 manat borcu yaranmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlərə 24.07.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" X2 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh1 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Kredit müqaviləsi və həmin müqaviləyə Əlavə Şazişlər ilə, cavabdeh Cavabdeh2 24.07.2019-cu il tarixli, 15-MZ-1-0-285-19 saylı Zaminlik müqaviləsi və həmin müqaviləyə Əlavə Şazişlər ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 24 iyul 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn 3767,82 manat əsas borc və 445,15 manat faiz borcu olmaqla, cəmi 4212,97 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 62,13 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.07.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 3767,82(üç min yeddi yüz altmış yeddi manat 82 qəpik) manat məbləğində əsas borc, 445,15(dörd yüz qırx beş manat 15 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4212,97(dörd min iki yüz on iki manat 97 qəpik) manat məbləğində borc və 62,13 (altmış iki manat 13 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-730/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-730/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver