Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7380/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5813/2022 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... iddiaçı cavabdehdən 1785 manat məbləğində pul tələb etdiyi (iddia ərizəsində tələb aydın formada ifadə edilməsə də, ərizənin məzmunundan bunu təhmin etmək olur) və 37,85 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 10 manat dövlət rüsumu ödəmişdir. ... «Elektron məhkəmə» informasiya sistemindən çıxarışlardan göründüyü kimi, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və belə olan halda iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hansı əsaslarla verilməsi iddia ərizəsinin məzmunundan aydın deyil”. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5813/2022 saylı qərardadını mübahisələndirməmiş və iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5374/2022 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırki iş üzrə İddiaçı Cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iddiaçının iddia ərizəsində iddiaçı Cavabdeh qeydiyyat ünvanını ünvan 2ur ki, iddiaçı hazırki iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır”. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5374/2022 saylı qərardadını mübahisələndirməmiş və yenidən eyni iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Aydındır ki, hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini icraata qəbul edilməsi öhdəliyini qoymur. Lakin hesab edirəm ki, tərəfimdən yenidən iddia ərizəsinin qaytarılması iddiaçının məhkəməyə çatmaq hüququnu əhəmiyyətli şəkildə məhdudlaşdırmış olacaq. «Elektron məhkəmə» informasiya sistemində olan məlumatlara əsasən, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olması nəzərə alınsa isə, hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1 qarşı” iş üzrə 13 iyul 1995-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəməyə və ya məhkəmə funksiyasını yerinə yetirən orqana müraciət hüququna qoyulan məhdudiyyət qanuni məqsəd daşımırsa və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə yoxdursa, həmin məhdudiyyət 6-cı maddənin 1-ci bəndinə uyğun ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırkı iş bir məhkəmədən digərinə göndərilməsə də, məhkəmələr arasında fikir ayrılığının olması aşkardır. Ona görə də, hesab edirəm ki, hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün 2(001)-7380/2022 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-7380/2022 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-7380/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7380/2022
01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver