Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7388/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh XXXXX oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3171,83 manat məbləğində əsas borc və 1532,85 manat faiz borcu olmaqla, ümumilikdə 4704,68 manat və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bank ilə borcalan Cavabdeh arasında bağlanmış 18 fevral 2020-ci il tarixli, 103804-843278/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 15,5 % dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 03 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3171,83 manat məbləğində əsas borcu və 1532,85 manat faiz borcu olmaqla, ümumilikdə 4704,68 manat məbləində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Odur ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi 26.10.2021-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdi ki, banka borcunun olduğunu qəbul edir. Pandemiya dövründə ödənişləri edə bilməmişdir. O, avtovağzalda şöbə müdiri vəzifəsində işləmişdir. Pandemiya dövründə isə ixtisara düşmüşdür. Məşğulluq xidmətində işsiz kimi qeydiyyatdadır. Bank ona pandemiya dövründə faizlər hesablanmışdır. Faizlərin hesablanmasının dayandırılması ilə bağlı banka müraciət etsə də, bank tərəfindən onun müraciətinə məhəl qoyulmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 fevral 2020-ci il tarixli 103804-843278/1 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə, aylıq ödəniş 313,10 manat, illik 15,5 % dərəcəsi olmaqla 5000 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı barədə öhdəlik götürmüşdür. İlk ödəniş tarixi 18 mart 2020-ci il, sonuncu ödəniş tarixi 18 avqust 2021-ci il olaraq müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.5-ci bəndinə əsasən kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 100 manat, kredit məbləğinin nəğd çıxarılmasına görə 25 manat komisyon haqqı ödənilir. İddiaçı ASC tərəfindən verilən 18 fevral 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5000 manat kredit verilmişdir İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan 28.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 02.04.2021-ci il tarixinədək icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 3171,83 manat əsas və 1532,85 manat faiz borcu olmaqla, ümumilikdə 4704,68 manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə 169 gün təşkil edir. 23.08.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanan 18 fevral 2020-ci il tarixli 103804-843278/1 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana 5000 manat məbləğində kredit vermişdir. Ödəniş qrafikinə əsasən cavabdeh 18 mart 2020-ci il tarixdən etibarən hər ay 313,10 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu ödəniş tarixi 18 avqust 2021-ci il müəyyən edilmişdir. İddiaçı cavabdehin 18 fevral 2020-ci il tarixli 103804- 843278/1 saylı kredit müqaviləsi üzrə ümumilikdə 4704,68 manat borcunun yarandığını iddia edir və bununla bağlı 03 sentyabr 2021-ci il tarixə tərtib edilmiş maliyyə arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Belə ki, cavabdehin özü də məhkəmə iclasında borcunun olduğunu bildirmiş və borc məbləğini mübahisələndirməmişdir. Cavabdehin izahatında bildirdiyi hallar isə iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas olmamaqla məhkəmə qərarlarının icrası qaydasında həll edilməli olan məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 fevral 2020-ci il tarixli 103804-843278/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3171,83 (üç min yüz yetmiş bir manat, səksən üç qəpik) manat, faiz borcuna görə 1532,85 (bir min beş yüz oturz iki manat, səksən beş qəpik) manat olmaqla, ümumilikdə 4704,68 (dörd min yeddi yüz dörd manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 18 fevral 2020-ci il tarixli 103804-843278/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3171,83 (üç min yüz yetmiş bir manat, səksən üç qəpik) manat, faiz borcuna görə 1532,85 (bir min beş yüz otuz iki manat, səksən beş qəpik) manat olmaqla, ümumilikdə 4704,68 (dörd min yeddi yüz dörd manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7388/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7388/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver