Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7501/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor Borclu qarşı borc tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan onun xeyrinə 1.393 manat məbləğində əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, kreditor tərəfindən borcludan “Samsung” və “Xiaomi” markalı mobil telefonlara görə ödənilməmiş pulu tələb edir, lakin ərizəyə əlavə edilmiş 27 dekabr 2019-cu il tarixli müqavilə yalnız “Xiaomi” markalı telefonun alqı-satqısını özündə əks etdirir. “Samsung” markalı telefonun alqısatqısı barədə isə hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Kreditor Borclu qarşı borc tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilməli, kreditora onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Kreditor Skyelektroniks” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Kreditora izah olunsun ki, onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7501/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7501/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver