Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7564/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məcidov ərizə təqdim edərək, barışıq sazişi bağladığını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan: - Probemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsinə dair müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh mövcud borcu restrukturizasiya olunaraq 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 1% olmaqla, 60 ay müddətinə 3479.54 manat məbləğində kredit verilmiş və o, götürdüyü borcu 18.01.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək hər ay 2.90 manat, 18.01.2021-ci il tarixdən 18.12.2024-cü il tarixədək hər ay 73.98 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh 10.09.2021-ci il tarixə banka 3399.47 manat əsas, 21.59 manat faiz borcu, 78.68 manat cərimə borcu olmaqla, cəmi 3499.74 manat borcu vardır. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 02.11.2021-ci il tarixli barışıq sazişinə əsasən tərəflər aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Həmçinin tərəflər məhkəməyə müraciət edərək arlarında bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. -191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. -261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən Cavabdeh şəxsində, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-7564/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:
1. Borclu Cavabdeh İddiaçı ASC-yə 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1926.77 AZN əsas, 0.11 AZN faiz borcu olmaqla, ümumilikdə 1926.88 AZN məbləğində borcunun olmasını qəbul edir. Borclu sistem üzrə olan gecikmə məbləğini təşkil edən 1472 AZN-ni sentyabr və oktyabr aylarında tam ödəniş edib və 26.10.2021-ci il tarixdə 111.00 AZN ödəniş etmişdir.
2. Borclu 1926.88 AZN məbləğində qalıq borc vəsaitini qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətdə 30.11.2021-ci il tarixdən 31.10.2022-ci il tarixədək hər ay 161 manat Banka ödəməyi öhdəsinə götürür.
3. Borclu sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq icra orqanına xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.
5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydaa yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosesual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
9. Barışıq sazişinin təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
10. Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində 02 noyabr 2021-ci il tarixdə imzalanmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildiyi və qərardad qanuni qüvvəsini aldığı andan qüvvəyə minir. İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Günel Abbasova