Məhkəmə qərarları › İş №2(001)-76/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-76/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-76/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh Selahattinin iştirakı ilə İddiaçı Cavabdeh Selahattinə qarşı «görülmüş işlər nəticəsində vurulmuş zərərin ödənilməsi və pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Selahattinə qarşı «görülmüş işlər nəticəsində vurulmuş zərərin ödənilməsi və pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İş üzrə növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 11.20 təyin olunmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında iddia predmeti üzrə mübahisəyə səbəb olan görülməmiş işlər barədə aralarında razılığa gəldiklərindən iddia ərizəsindən imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişdirlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Buna görə də, məhkəmə iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh Selahattin mülki işə baxılmasına təkid etmədiyini bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icaata xitam verilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən, bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən və cavabdeh isə mülki işə baxılmasına təkid etmədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Selahattinə qarşı «görülmüş işlər nəticəsində vurulmuş zərərin ödənilməsi və pul tələbinə dair» iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsinə şıkayət verə bilərlər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar