Məhkəmə qərarları › İş №2(001)-7650/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7650/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7650/2021 27.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Rəşid qızı Səlimova İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və QSC Bank Standard KB-na qarşı 200 000 manat maddi ziyan tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və QSC Bank Standard KB-na qarşı 200 000 manat maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən ərizənin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qnununun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Abşeron Rayon Məhkəməsində baxılmalı işə görə ödənilən, ödənildiyi tarix oxunmayan qəbzi iddia ərizəsinə əlavə etmiş, iddia ərizəsində cavabdehlərindən biri olaraq ləğv olunmuş hüquqi şəxsi cavabdeh kimi qeyd etmiş, iddia tələbində istinad etdiyi hallara dair sənədlərini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, qeyd olunan nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və QSC Bank Standard KB-na qarşı 200 000 manat maddi ziyan tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar