Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7674/2019 14.11.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇: İddiaçı İB-nin cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.370,80 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1400,80 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2018-ci il tarixli, AK- 1/26970 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqsatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında X3 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nın Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02990 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********63 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 1238,40 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1.238,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin əvvəldən 132,40 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 1.370,80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh sayğacdan kənar xətt çəkildiyini etiraf etmiş, iddiaçı tərəfindən şərait yaradıldığı təqdirdə həmin məbləğin hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı İB ilə X4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alq-satqısı barədə” AK-1/26970 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və 90 gün, radiator-un maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3024m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.Həsənov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev və R.Məmmədov tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hajı Həsən ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, H.Qasımov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, 236 Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.İbrahimov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, 236 Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.İbrahimov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əsədullayeva Nazilə aid Bakı şəhəri, Binəqədi rayonu, 236 Sulutəpə kəndi, Hajı Həsən 0000-2990 saylı ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları S.Əfəndiyev, N.İbrahimov və Q.Quliyev tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Abonentin saldosundan müəyyən olunur ki, X2 qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2012-ci il üçün 151,20 manat, 2018-ci il üçün 434,80 manat, 2019-cu il üçün 547,20 manat təşkil edir. “Gasrep” adlı sənəddən müəyyən olunur ki, X2 2018-ci il üçün borcu 434,80 manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X6”nın: 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı 2018-ci il üçün 434,80 manat, 2019-cu il üçün 547,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 2012-ci ildə yaranmış borcun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki qanunvericiliyin göstərilən normalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 2012-ci ildə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi qüvvəsini itirdiyinə görə iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı 2018-ci il üçün 434,80 manat, 2019-cu il üçün 547,20 manat, ümumilikdə 982 manat məbləğində pul tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın qismən təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21 manatı cavabdehdən İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i̇: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə istehlak olunmuş təbii qaza görə 982 (doqquz yüz səksən iki) manat borc və ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7674/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7674/2019
14.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver