Məhkəmə qərarları › İş №2(001)-7686/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7686/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7686/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 2.328 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2.658 manat pulun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 25 may 2017-cı il tarixində 07-17095 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 20 aprel 2020-ci il tarixdə Elster markalı, G- 4 Diofraqma tipli, 12529934 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacsndan kənar qanunsuz olaraq qaz xəttinə qcşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə Sentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 10 mart 2017-cı il tarixli 0113809 saylı akt əsasında 388,8 manat, 13 dekabr 2017-ci il tarixli 0131122 saylı akt əsasında 252,60 manat, 21 noyabr 2013-ci ii tarixil 0190043 saylı akt əsasında 302,40 manat, 28 dekbar 2018-ci il tarixli 0194621 saylı akt əsasında 100,80 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28 fevral 2019-ci il tarixli 0205315 saylı akt əsasında 100,80 manat, 29 mart 2019-ci İİ tarixli ******* saylı akt əsasında 100,80 manat, 29 noyabr 2019-ci il tarixli ******* sayli akt əsasında 207 manat, 30 dekabr 2019-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 20 aprel 2020-cu ii tarixli ******* saylı akt əsasında 198 manat hesablanmışdır. Ümumilikdə, İddiaçı İB-yə 2.291,4 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində, onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün Azəriqaz İB-yə ümumilikdə 2.328 manat məbləğində qalıq borcu qalmaqdadır (AGİS aktları üzrə borc 2291,4 manat - Cari borc 38,6 - Ödəniş 2 azn = 2.328 manat). İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 2.328 manat pu! məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticpsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçı təşkilata olan 2.328 manat məbləğində qazdan istifadəyə görə borcunu qəbul edir. Lakin həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı olmadığından, həmin məbləği hissə-hissə olmaqla iddiaçıya ödəyəcəkdir. İddianı digər hissədə isə qəbul etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı İB ilə Cavabdeh arasında 25 may 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/17095 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; **********00000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2017-ci il üçün 641,4 manat, 2018-ci il üçün 403,2 manat, 2019-cu il üçün 804,6 manat, 2020-ci il üçün 1.083,6 manat təşkil edir; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 mart 2017-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qaz xəttindən istifadə edilməsi aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 17 mart 2017-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 dekabr 2017-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 21 dekabr 2017-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1263 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 noyabr 2018-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3024 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 dekabr 2018-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar təbii qazdan istifadə edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 dekabr 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2019-cu il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 fevral 2019-cu il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2019-cu il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 mart 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbbi qazdan istifadə edildiyi aşkar edilmişdir. Həmçinin, 07/198 nömrəli aktdan görünür ki sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 noyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2070 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir; Həmçinin, 07/423 nömrəli aktdan görünür ki sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; Həmçinin, 07/503 nömrəli aktdan görünür ki sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir. Həmçinin, 07/752 nömrəli aktdan görünür ki sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2020-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir. Həmçinin, 07/1179 nömrəli aktdan görünür ki sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2020-ci il tarixli ******* saylı, aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir. Həmçinin, 07/1272 nömrəli aktdan görünür ki sayğacdan kənar xəttləğv edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 20 aprel 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1968 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 23 aprel 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 25 may 2017-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək müvafiq aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə 2.328 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdehdən vurulmuş 2.328 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu tələb edir, cavabdeh isə iddiaçı təşkilata 2.328 manat borcunun olduğunu etiraf edir və iddianı bu hissədə qəbul edir, digər hissələrdə isə iddianı qəbul etmir. Məhkəmə iddia tələbinin “2.328 manat borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması müəyyən edildiyindən və onun əsasında yaranmış borc cavabdeh tərəfindən də etiraf edildiyindən iddia bu hissədə əsaslı hesab edilməli və cavabdehdən 2.328 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat məbləğində xərcin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı həmin xərcin çəkilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh itirilmiş qazın bərpasına görə hesablanmış 2.328 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 26 manatı İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i̇ İddia qismən təmin edilsin. Cavabdeh itirilmiş qazın bərpasına görə hesablanmış 2.328 (iki min üç yüz iyirmi səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatı İddiaçı (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar